SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sumqayıt ŞTŞ-nin müdiri hərəkətə keçdi: məktəb direktorları vəlvələdə

Sumqayıt ŞTŞ-nin müdiri hərəkətə keçdi: məktəb direktorları vəlvələdə

Tarix:

28-02-2017, 18:48

/ 3 004 dəfə oxundu.
Sumqayıt ŞTŞ-nin müdiri hərəkətə keçdi: məktəb direktorları vəlvələdə

Sumqayıt Təhsil şöbəsinin müdiri Ruhiyyə Tağıyeva tutduğu vəzifədən azad edildikdən sonra, cnun yerinə Sumqayıt Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Nizami Rza oğlu Namazov təyin olundu.

Belə ki, yeni təyin olunan şöbə müdiri vəzifəsini layiqincə yerinə yetirmək üçün müəyyən addımlar atdı. Bir sözlə, təhsilimizi geriləyən bəzi “müəllimlərimizi” şöbədən kənarlaşdırdı. Əldə etdiyimiz dəqiq məlumatlara görə, 25 fevral təhsil şöbəsində iclas keçirilib. İclasda bəzi direktorlar şiddətli töhmətlə “mükafatlandırılıb”.

Məlumat verən mənbə vurğulayır ki, 21 saylı məktəbin direktoru Vladim müəllim sonuncu xəbərdarlıq almaqla şiddətli töhmət verilib. Bundan əlavə 22 saylı məktəbin direktoru Tahirə Səfərova da sonuncu xəbərdarlıq almaqla şiddətli töhmət “hədiyyə” edilib. Etiraf edək ki, işlədiyi dövürdən məktəbdə “fond pulu”, "təmir pulu”, "məktəbin təsərrüfatına könüllü yardım” və sairə bu kimi adlar altında pullar toparlanıb və öz şəxsi hesabına keçirib.

Əməkdaşlarımızın apardığı araşdırmalarından bir daha məlum olub ki, məktəb direktorları 8 mart qadınlar bayramı ərəfəsində canfəşanlıq edirlər. Elə bu səbəbdən Sumqayıt ŞTŞ-nin müdiri Nizami Namazov direktorları toplayaraq lazımı göstərişlərini verib. Təəsüflər olsun ki, hər zaman öndə olan Sumqayıt təhsili bəzi müəllimlərimiz tərəfindən gerilənir. Əlbətdə ki, bütün bunlar şəxsi maraqlar naminə baş verir.

Əldə etdiyimiz daha bir maraqlı məlumat ondan ibarətdir ki, 22 saylı məktəbin direktoru Tahirə Səfərova, Sumqayıt şəhər icra hakimiyyətində çalışan yüksək çiyinli məmura arxalanır. Məlumat üçün bildirək ki, adı hallanan məmurun kimliyi haqda dəqiq məlumatlar əldə etsək də bəzi araşdırmalara ehtiyac duyduğumuzdan adını açıqlamırıq. Lakin Sumqayıt təhsilində baş verə biləcək xoşagəlməz hadisələr təhsilimiz üçün böyük faciə olacaq.

Növbəti yazılarımızda, “İsdedad” və “Təfəkkül” liseylərində qeydə alınan neqativ hallardan bəhs edəcəyik. Və biləcəksiniz ki, adı hallanan liseyin daxilində yığılan 30-50 manat aralığında pul kimlərin adına hesablanır...

Məqalədə adı halanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Dosye.az

Şərhlər

XƏBƏR LENTİ