SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Xaləddin İsgəndərovun kadrları təftiş olunur... - İDDİA

Xaləddin İsgəndərovun kadrları təftiş olunur... - İDDİA

Tarix:

12-07-2018, 23:05

/ 1 145 dəfə oxundu.
Xaləddin İsgəndərovun kadrları təftiş olunur... - İDDİA

"Xaləddin İsgəndərov Binəqədi rayon icra hakimiyyətinin başçısı vəzifəsindən çıxarıldıqdan sonra onun yerlərdəki kadrları hələ də təşviş içindədirlər". Bu barədə DİA.AZ-ın elektron ünvanına daxil olan məlumatda deyilir. Xəbəri verən mənbə iddia edir ki, yeni icra başçısı Elxan Allahverdiyev X.İsgəndərovun kadrlarının fəaliyyətini yoxlatdırır.

Daha sonra mənbə yazır: "Yeni başçı öncə İsgəndərovun sağ əlləri hesab edilən bələdiyyə sədrlərini hədəfə alıb. Ədliyyə nazirliyinin müvafiq qurumları artıq bələdiyyələrdə yoxlamalara başlayıb. Binəqədi rayon bələdiyyə sədrləri bərk narahatdırlar. Hər vasitə ilə yeni başçıya sırınmağa yollar axtarırlar. Əldə etdiyimiz məlumatlara görə Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı artıq sudan quru çıxa bilib. Yoxlamaları necə varsa yola sala bilib.

Növbədə Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyevdir. Bu cavan oğlan qorxu içindədir. H.Quliyevlə bağlı yerli mediada o ki var yazılıb, hətta qəzetlərdə belə. Bələdiyyə sədrinin 700 min manatdan çox vəsaiti mənimsədiyi deyilir. Onun bu yaxınlrda öz ofisində döyüldüyü xəbərləri də medianın gündəmini zəbt etdi. İndi bu adam daha satmaqa torpaq qalmadığından əl atıb qanunsuz tikililərə. Elə onu ofisində döyən də bu tikinti sahiblərindən biri olub. H.Quliyev bu yolla çoxlu vəsait toplayıb daha yuxarı vəzifələrə getmək niyyətindədir.

Son vaxtlar heç qəsəbənin abadlaşdırmasına da diqqət yetirmir. Küçələrdə zibil qutuları dolu halda qalıb, küçələri üfunət bürüyüb, yollar bərbad vəziyətdədir, təmizlənmə işləri aparılmır. İnanır ki yuxarıya gedəcək. Amma nazirliyin əməkdaşları onun fəaliyyətini yoxlasalar çox güman ki heç yerə gedə bilməyəcək".

Adları çəkilən bütün şəxsləri dinləməyə hazırıq...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ