SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » VƏLİ HÜSEYNOVUN SAXTAKARLIĞINDAN PREZİDENTƏ ŞİKAYƏT-ŞOK

VƏLİ HÜSEYNOVUN SAXTAKARLIĞINDAN PREZİDENTƏ ŞİKAYƏT-ŞOK

Tarix:

12-07-2018, 22:45

/ 2 284 dəfə oxundu.
VƏLİ HÜSEYNOVUN SAXTAKARLIĞINDAN PREZİDENTƏ ŞİKAYƏT-ŞOK

Əməkdar elm xadimi Şahbaz Muradov: «Bir daha nəzərinizə çatdırıram ki, Tahir Sərdarov, Aqil Əsədov və Elsevər Kərimov AMEA İqtisadiyyat İnstitutunun dissertantları olmamışlar…»
Tanınmış alim, «Şöhrət» ordenli Şahbaz Muradov Azərbaycan Prezidenti İlham Əliyevə və surəti BDU-nun rektoru Abel Məhərrəmova və «Təzadlar» qəzeti redaksiyasına ünvanlı müraciətində Azərbaycan Prezidenti yanında
Ali Attestasiya Komissiyasının sədr əvəzi Vəli Hüseynovun qanunsuz əməllərindən yazıb. Müraciətdə deyilir:
-Çox hörmətli cənab Prezxident!
Bir daha nəzərinizə çatdırıram ki, Tahir Sərdarov, Aqil Əsədov və Elsevər Kərimov AMEA İqtisadiyyat İnstitutunun dissertantları olmamışlar. İnstitutun sabiq direktoru prof. İsa Alıyev yaxın münasibətdə olduğu AAK-nın sədrinin keçmiş müavini və hazırda onun sədri vəzifəsini müvəqqəti icra edən AMEA-nın müxbir üzvü Vəli Hüseynovla hansısa sövdələşməyə gedərək onlara saxta sənədlər vermiş və dissertasiya işlərini AAK-ya təqdim etmişdir. AAK-da cənab Vəli Hüseynovun göstərişi ilə bu saxtakarlıqlara göz yumulmuş və izi itirmək məqsədilə həmin dissertasiya işləri İqtisadiyyat İnstitutundakı elmlər doktorluğu üzrə Dissertasiya Şurasına deyil, Tahir Sərdarovla Aqil Əsədovun dissertasiya işləri BDU-dakı, Elsevər Kərimovun dissertasiya işi isə AMEA Naxçıvan Bölməsindəki Dissertasiya Şurasına göndərilmişdir. Bu saxtakarlıqlar haqqında 4-8 avqust 2017-ci il tarixlərdə cənab Vəli Hüseynova, AAK Rəyasət Heyətinin üzvlərinə geniş müraciət məktubu göndərilmişdir. Həmin müraciətin surətləri ölkə başçı İlham Əliyev cənablarına və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya göndərilmiş, “19” sentyabr 2017-ci tarixdə “Təzadlar” qəzetində ictimailəşdirilmişdir. Bu saxtakarlıqdan xəbər tutan akademik İ.Hacıyev əsil alimlik və vətəndaşlıq mövqeyi tutaraq Elsevər Kərimovun dissertasiya işini AAK-a geri qaytarmışdır. BDU-nun rəhbərliyi (rektor Abel Məhərrəmov) isə ən azı 5 dəfə onlara müraciət etməyimizə baxmayaraq bir il tərəddüd etdikdən sonra Vəli Hüseynovun təzyiqlərinə dözməyərək Tahir Sərdarovun müdafiəsini “26” may 2018-ci il tarixdə keçirmiş, Aqil Əsədovun dissertasiya işinin isə seminarda müzakirəsini təşkil etmişdir. Cənab Vəli Hüseynov özünü müdafiə etmək üçün, hətta həmin saxtakarlıqlara yol vermiş İsa Alıyevi bu günlərdə AAK-nın İqtisadiyyat üzrə Ekspert Komissiyasının üzvü təyin etmişdir.
Hörmətli cənab Prezident!
Xahiş edirəm ki, elmimizin saflığının, Azərbaycan Dövlətinin müqəddəs qanunlarının keşiyində duran lider kimi bu cür saxtakarlıqların qarşısının alınması üçün aidiyyəti qurumlara tapşırıq verəsiniz. Bu adamlar elmi şəxsi qazanc ünvanı seçiblər. Bu yolverilməzdir!!!
Cənab Prezident! Bu işlər istintaq edilməlidir. Əminəm ki, bu işlərdə saxtakarlıqlara yol verənlər Sizin- ölkə başçımız İlham Əliyev cənablarının, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın və nəhayət Baş Prokurorumuz cənab Zakir Qaralovun qəzəbinə tuş gələcəklər.
Hörmətlə:
Şahbaz Muradov, AMEA-nın müxbir üzvü,
Əməkdar elm xadimi
“9” iyul 2018-ci il

«Təzadlar»

Şərhlər

XƏBƏR LENTİ