SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Gəncədə öldürülən polis polkovniki haqqında yaxınları danışdı: - “1 ildən sonra…”

Gəncədə öldürülən polis polkovniki haqqında yaxınları danışdı: - “1 ildən sonra…”

Tarix:

11-07-2018, 10:35

/ 3 807 dəfə oxundu.
Gəncədə öldürülən polis polkovniki haqqında yaxınları danışdı: - “1 ildən sonra…”

Məlum olduğu kimi ötən gün Gəncədə bir qrup şəxs təxribat törətməyə cəhd ediblər.

Minval.info xəbər verir ki, 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər.

Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstəriblər.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov iğtişaş zamanı kəsici-deşici alətlərlə aldığı zərbələr nəticəsində həlak olublar.

Ailə üzvlərinin “minval.info” saytına verdiyi məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyevin qardaşı 2015-ci ildə vəfat edib. Bu hadisədən sonra İ. Balakişiyev qardaşı oğlunun Ukraynadakı təhsili yarımçıq qalmasın deyə? onun bütün xərclərini özü qarşılayırmış.

Əldə etdiyimiz məlumata görə, İlqar Balakişiyev ailəsinə, yaxınlarına 1 ildən sonra təqaüdə çıxacağını deyibmiş.

Şərhlər

XƏBƏR LENTİ