SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bu qızları görüşə çağırma

Bu qızları görüşə çağırma

Tarix:

10-07-2018, 15:11

/ 1 049 dəfə oxundu.
Bu qızları görüşə çağırma

Hər bir münasibətin başlanğıcı fərqli ola bilər. Amma onların bir bənzər yanı var. Bu isə bəyəndiyin xanımı görüşə çağırmaqdır. Bəs görəsən, hansı qızları görüşə çağırmaq olmaz.

Xarici KİV-ə istinadən xəbər veririk ki, psixoloqlar kişi-qadın münasibətlərində bir çox halları düzgün hesab etmirlər. Onlar aşağıdakılardır:

• Dostunun bacısını – Əgər onunla evlənmək fikrin yoxdursa, ayrılan kimi başqa şəhərə köçməyə məcbur olacaqsan.

• Öz katibəni – Müdirin özünəməxsus sirləri olur. Lakin görüş zamanı söhbət işdən düşəndə, sən dilinə sahib çıxmayıb, bütün sirləri açacaqsan. İş romanı müdirin fikirlərini yayındırır. Bütün işçilər sizin münasibətinizdən və işdə yaranmış boşluqdan istifadə edəcəklər. Ən pisi isə odur ki, katibən səninlə aranda olan hər şeyi rəfiqələrinə danışacaq.

• Köhnə sevgilini – Kişilər özlərini tənha hiss edəndə, köhnə sevgili həmişə imdada çatır. Bu zaman qız sənə daha seksual və çəkici gələcək. O, səni yaxşı tanıyır və nə istədiyini daha tez anlayacaq. Münasibətlər yaxşılığa doğru gedəcək və keçmişdə ayrılıq səbəbiniz heç yada da düşməyəcək. Həmin qızla evlənsən, köhnə problemlər az zaman ərzində yenə də baş qaldıracaq.

• Yüngül xasiyyətli qızları – Diskoteka tanışlığı daha maraqlı olur. Onun xasiyyəti səni cəlb edə bilər. Amma bu cür qızlar evlənmək üçün deyil. Əgər ertəsi gün yenə də o qızı görsən, yanından keç.

• Dostunun köhnə sevgilisini - Qızın sərbəstliyindən istifadə edib, dostluğunuzu korlamağa dəyməz. Əgər dostluğunuzda hər şeyi gözə alıb, qızla ciddi münasibət qurmaq istəsən, o zaman ətrafdakı söz- söhbətlər səni bezdirib, sevginizə xələl gətirəcək. Çünki eyni münasibəti o, sənin yaxşı tanıdığın və gözünün qarşında olan bir
insanla yaşayıb.

• Hər zaman diqqət tələb edən qızı - Əgər qız sənin maddi vəziyyətindən istifadə edərək, ona qarşı daha diqqətcil olmanı istəyirsə, demək, bu münasibət pul üzərində qurulacaq.

Şərhlər

XƏBƏR LENTİ