SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sumqayıtda məcburi teatra gələnlər və teatra həsrət qalanlar...

Sumqayıtda məcburi teatra gələnlər və teatra həsrət qalanlar...

Tarix:

9-07-2018, 14:54

/ 1 247 dəfə oxundu.
Sumqayıtda məcburi teatra gələnlər və teatra həsrət qalanlar...

Sumqayıtda məcburi Sumqayıtda teatra tamaşaçılar məcburi doldurulduğundan digərləri azsaylı teatr tamaşalarına da baxa bilmir
İsti yay günlərini bütün yaradıcı müəssisələr kimi, teatrlarımız da tətilə çıxırlar, son tamaşalarını nümayiş etdirməklə mövsümü bağlı elan edirlər. Bir çox teatrlarımız mövsümü yeni tamaşalarla bağlayacaqlar.
Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Firudin Məhərrəmov deyib ki, mövsümü iyulun 15-ində Nizami Muradoğlunun “Zülmətdə nur” əsərinin tamaşası ilə bağlayacaqlar.

İlk baxışdan bu yaxşıdır,amma Sumqayıt teatrı ilə bağlı bir “əmma” olmasaydı...

İş orasındadır ki,Bakıda fəaliyyət göstərən bir çox teatrlardan fərqli olaraq Sumqayıt Dövlət Dram Teatrında neçə illərdir durğunluq yaşanır.
Ümumiyyətlə Sumqayıt teatr həyatı yaşanmır və sumqayıtlılar böyük şəhərdə yaşasalar da əyalətdəki kimi “teatr üzü” görmürlər,teatr həvəskarları məcbur olub teatr tamaşalarına baxmaq üçün Bakıya üz tuturlar və teatra olan tələbatlarını təmin edirlər.Ümumiyyətlə Sumqayıt Bakıdan 30 km aralı olsa da elə bil 30 il geridə qalıb.Şəhərdə şəhərlilik hiss olunmur.
Sumqayıtda bir teatr var və əfsuslar olsun ki, mətbuatda yazıldığı kimi Sumqayıtda teatr yalnız teatr mövsümünün açılışında olur bir də bağlanışında. Çünki teatr tamaşaları burada sanki kampaniya xarakteri daşıyır. Göstərilən teatr tamaşalarını barmaqla saymaq olar.Elə teatr binasının qabağındakı tumbalardakı neçə vaxtdır ki, yenilənməyən köhnə afişalardan və teatrın rəsmi saytı olan www.sumqayitdram.az saytına baxmaqla da bilmək olur ki,bu məkanda teatr tez-tez "qonaq” olmur.
Xoşagəlməz eybəcər digər acınaqcaqlı hal isə ondan ibarətdir ki,hətta ildə göstərilən 2-3 teatra belə sumqayıtlıların əksəriyyəti baxa bilmir.Çünki göstərilən nadir teatr tamaşaları zamanı belə çox güman ki,Sumqayıt icra hakimiyyətinin göstərişi ilə şəhərdəki büdcə təşkilatlarının,ələlxüsus səhiyyə və təhsil işçiləri inzibati yollarla məcburi teatra gətizdirilib doldurulur.
Bunu dəfələrlə teatra getməyə “əmr” verilən həkimlərin,müəllimlərin çoxu təsdiq edə bilər və siz özünüz də istəsəz,bunun belə olmasına şübhəniz varsa, teatr olan zaman bunu gözünüzlə görə bilərsiniz.Əsasən müəllimlər ,həkimlər nəinki “əmrlə” teatra “gətizdirilir,”100 faizlik” üçün,tamaşaya və ya hanısa tədbirə gələn büdcə təşkilatıarında işləyənlərin adları, buna nəzarət edən onların rəhbərləri,müdirləri tərəfindən elə teatr binasının içində ayaqüstü,siyahı ilə dəqiqliklə yoxlanılır.Təbii ki,hansısa müəllim və ya həkim istəsə gəlməyə bilər və onu fiziki olaraq heç kim təbii ki,gətirə bilməz teatra .Amma onlar bilirlər ki,buna görə işdən çıxardıla bilərlər və ya “qara siyahıya” salına bilərlər,onlara probleblər yaşadacaqlar rəisləri.Ona görə də əksəriyyət deyir ki,”cəhənnəmə teatrdır da gedib baxım,sonra başım ağramasın,palaza bürünüm,elnən sürünüm”.Yəni,bu səbəbdən ,yerlər tetrada süni surətdə doldurulduğundan digərləri- adi teatr həvəskarları yer tapa bilmədiyindən teatra baxa bilmir.Özü də bu xoşgəlməz hal neçə illərdir davam edir.
Əlbəttə büdcə təşkilatları arasında da çox güman teatr həvəskaları var,amma zorla teatr olmaz axı...Süni surətdə teatrda yerləri doldurmaqla anşlaq təəsüratı yaratmaq nəyə lazımdır?Heç sovet dövrü belə şey etməyiblər.Özü də nəzərə alın ki,Sumqayıtda teatr,yerli stadionda futbola baxmaq kimi bir qayda olaraq pulsuzdur.Teatr,əsas isə şəhər rəhbərliyi teatra təbii maraq oyatmaq,təbliğat aparmaq əvəzinə,qorxur ki,öz axarına buraxsa teatra 5-10 nəfər gələcək və buna görə inzibati metodlarla teatr zalını tamaşaçı ilə doldurur.
Əgər ,heç olmasa bunu məmurlar insanlarda teatrlara maraq göstərmək niyyəti ilə etsəydi yenə başa düşmək olardı.Amma çox güman ki, bunu ona görə edirlər ki,teatrın fəaliyyət göstərməsinə,tetra ayrılan xərcləri əsalandırmaq mümkün olsun. Yəni "biz işləyirik”. Teatra belə münasibətlə təbii ki, teatrı inkişaf etdirmək, sevdirmək olmaz...

Bildiyiniz kimi prezident İlham Əliyev Sumqayıt Dövlət Dram Teatrının 50 illiyi haqqında sərəncam imzlayıb.
Mədəniyyət Nazirliyi Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək.
Xatırladaq ki,Sumqayıt Dövlət Dram Teatrının müasir dövrün tələblərinə uyğun olan əsaslı təmirdən sonra iştirakı 2016-cı il sentyabrın 27-də açılışı olub.
Binanın 500 yerlik tamaşa və 100 yerlik akt salonu ən müasir avadanlıqla təchiz olunub
150 nəfərlik teatrın kollektivində 11 əməkdar artist, 2 nəfər respublikanın mədəniyyət işçisi və 7 "Tərəqqi” medalçısı çalışır.
Bu gün aparıcı teatrlarda fəaliyyət göstərən sənət adamlarının bir çoxu bu sənət ocağının yetirmələri olub.
Amma bu gün teatrda görüntü yaradılır ki, guya güclü, qızğın iş gedir, amma reallıqda ortada elə də ciddi bir iş yoxdur. Hansısa əsərə daxili baxış keçirilir, mətbuata bolluca açıqlamalar verilir. Amma konkret göstərilən tamaşalar sayılsa, mövsümə 2 tamaşa düşür, ya düşmür. Amma plana görə ən azı 4 tamaşa olmaldır.
Dövlət sifarişini yerinə yetirib qazanc əldə etmək əsas məqsəd olmamalıdır. Demək teatrın 150 işçisi var, çox güman hər il maaşa və başqa xərclərə dövlət büdcəsindən pul ayrılır, amma bunun müqabilində 2 il ərzində 3-4 dənə tamaşa göstərilir, vəssalam. 150 nəfər, killi miqdarda dövlət vəsaiti və ildə 2-3 tamaşa...Burada yeyinti qoxusu da gəlir.... Hər halda Mədəniyyət və Turizm Nazirliyi Sumqayıt teatrında mövcud olan bu neqativ halı,hökm sürən vəziyyəti araşdırsa pis olmaz.

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ