SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Cavid Qurbanov və oğurlanmış milyonlar

Cavid Qurbanov və oğurlanmış milyonlar

Tarix:

9-07-2018, 10:35

/ 1 680 dəfə oxundu.
Cavid Qurbanov və oğurlanmış milyonlar

Məlum olur ki, Azərbaycanda ən iri metal satıcısı Cavid Qurbanovdur.

Arana enmiş bu dağlı hər gün öz adamları və fırıldaqçı şirkətlər vasitəsilə min tonlarla metal satır.

Soruşacaqsız ki, bu metal hardandı? Cavab verirəm – dəmiryolu relslərini sökürlər, elektrik və digər qatarları balansdan silirlər.

Bax bununla məşğul olur bizim Cavid. Sürət qatarları? Bizə nəyə lazımdı qatarlar? Pul ver!”

Daha sonra “AzPolitika.info”nun bu yaxınlarda verdiyi yazıdan sitatlar gətirilir.

Bildirilir ki, tikintisinə 10 ildən çox vaxt gedən, 1 milyard dollardan artıq vəsait xərclənən Bakı-Tiflis-Qars dəmiryol xəttinın açılış mərasimi ötən il həyata keçirilsə də, yol, istismara hələ də tam hazır deyil: “Baxmayaraq ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov açılış ərəfəsində mətbuata açıqlamalarında bu ilin yayından Bakı-Tiflis-Qars dəmiryol xətti ilə hətta sərnişindaşımalarının həyata keçiriləcəyini deyirdi.

Cavid Qurbanovun bu günlərdə yayımlanan müsahibəsindən aydın olur ki, yolla yükdaşımalar aparılsa da, sərnişindaşımaya başlamaq gələn ildən tez mümkün olmayacaq. Hətta bəzi iddialara görə, sərnişindaşıma 2020-ci ildən tez həyata keçirilməyəcək.

Bunun səbəbi isə 3 il əvvəl C.Qurbanovun adlarını çəkmək istəmədiyi “bəzi adamların səhlənkarlığı üzündən” sərnişin vaqonlarının alınmasına dair sifarişin vaxtında icra olunmamasıdır”.

Bununlarla yanaşı bir sıra media orqanlarında, internet resurslarında Cavid Qurbanovla bağı ağır ittihamlar dərc olunub.

Musavat.com-un yazdığına görə, həmin materiallarda qeyd olunur ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin tərkibində olan “Təsərrüfat İdarəsi” MMC-də bir sıra qanun pozuntuları aşkarlanıb. Bildirilir ki, Bakı Dəmir Yolu Deposunda Rəhman Babaşov, Sərnişin Daşınmalar Departamentinin rəisi Elyar Muradov, onun müavini Hikmət Quliyev və digərlərinin əlbir olaraq qanunsuzluqlar edirlər, korrupsiya əməllərinə yol verirlər.

“Elyar Muradovun, Rəhman Babaşovun, Hikmət Quliyevin özbaşınalıqlaırndan ASC sədrinin birbaşa xəbəri var və bu qrupun qanunsuz əməllərindən əldə olunan milyonlarla manat puldan Cavid Qurbanova da pay çatır.

“Azərbaycan Dəmir Yollaır ASC-də vəziyyət tamam başqa cürdü. Yəni Cavid Qurbanov hər gün keçmiş rəis Arif Əsgərovun atasına yüz dəfə rəhmət oxutdurur” – deyə dəmiryolçulara istinadən verilən şikayət məktubunda vurğulanır.

Həmçinin bildirilir ki, R.Babaşovun himayədarı Elyar Muradovdur. Onun sayəsində R.Babaşov yol verdiyi qanunsuzluqlara rəğmən cəzasız qalır.

Cumhuriyyet.net yazır ki, Cavid Qurbanov isə E.Muradov və onun dəstəsinin fəaliyyətinə məqsədyönlü şəkildə göz yummaqda ittiham olunur.

Yazılarda dəmiryolçulara istinadən iddia olunur ki, C.Qurbanov rəis təyin olunduqdan sonra işçilərin əmək haqları 3 dəfə aşağı düşüb: “Halbuki keçmiş sədr Arif Əsgərovun dövründə qatar rəisləri 500-600 manat arası əmək haqqı alırdılar.

Ancaq indi özlərinə məxsus qatar rəislərindən başqa yerdə qalanlar 250-300 manat arası əmək haqqı alır.

Təşkilatda hər kəs yaxşı bilir ki, Bakı Deposunda Rəhman Babaşovun rəhbərliyi altında hər ay yüz minlərlə manat vəsait silinərək mənimsənilir”. Və bu pul “yuxarı ötürülür”.

Şikayət məktublarında bütün bunlardan Cavid Qurbanovun da xəbəri olduğu iddia edilir: “Cavid Qurbanova Elyar Muradova Rəhman Babaşova sual vermək lazımdır ki, rezerv vaqonlardakı xanım qatar rəisləri və bələdçiləri niyə 400-500 manat əməkhaqqı alır?

Cavid Qurbanov gələndən sonra Dəmir Yolları ASC-də özbaşınalıq, korrupsiya bir neçə dəfə çoxalıb”.

Cavid Qurbanovun vəzifəyə gəldikdən sonra ASC-də uzun illərdən bəri korrupsiyanın başında gedən şəxsləri işdən çıxarmadığı, onlarla münasibətlərinu daha da istiləşdirdiyi bildirilir.

Şərhlər

XƏBƏR LENTİ