SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ali təhsilli şəxslər kollecə imtahansız qəbul olunacaq

Ali təhsilli şəxslər kollecə imtahansız qəbul olunacaq

Tarix:

6-07-2018, 17:12

/ 1 572 dəfə oxundu.
Ali təhsilli şəxslər kollecə imtahansız qəbul olunacaq

“Təhsil haqqında” qanuna edilmiş yeni dəyişiklik ali təhsilli şəxsin kollecə müsabiqədənkənar qəbuluna imkan yaradır.

xalqxeber.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Sübhi Kazımov deyib.

Onun sözlərinə görə, Azərbaycanda hazırda ali təhsilli şəxs ikinci ali təhsil almaq üçün müsabiqədənkənar, yəni Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlardan kənar ali məktəbə qəbul oluna bilir:

“Qanun orta ixtisas müəssisəsini bitirmiş şəxsə ali məktəbə müsabiqədənkənar qəbul olmağa imkan verir. Bununla bağlı qaydalar hazırlanacaq və müəyyən ediləcək ki, hansı ixtisaslar üzrə hansı ali məktəbə daxil olmaq olar və kollecdə toplanan kreditlər ali məktəbdə necə nəzərə alınacaq”.

Şərhlər

XƏBƏR LENTİ