SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Yüksək çinli vergi məmuru sahibkarı müflis edib - O KİMDİR?

Yüksək çinli vergi məmuru sahibkarı müflis edib - O KİMDİR?

Tarix:

6-07-2018, 15:40

/ 3 436 dəfə oxundu.
Yüksək çinli vergi məmuru sahibkarı müflis edib - O KİMDİR?

Azərbaycanın ilk sahibkarlarından biri olan "GÜLLÜBULAQ” MMC-nin sahibi Adığözəlov Füzuli Qəşəm oğlu qəribə olayla üzləşib. Füzuli Adıgözəlovun Criminal.az saytına ünvanladığı müraciətində yazır ki, 1995-ci ildə təsis etdiyi bu MMC-ni Vergilər Nazirliyinin yüksək vəzifəli bir şəxsi ələ keçirib:
"Bildirim ki, 1995-ci ildə təsis etdiyim "GÜLLÜBULAQ” MMC-nin 25 faizini (təxminən 5 milyon dəyərindəki pay, 2500 dollarla saxta sənədlərlə) Verginlər Nazirliyində yüksək vəzifə tutan bir şəxs tərəfindən əlimdən alınıb. Həmin vaxtdan mənim MMC-nin fəaliyyətindəki tam məhdudlaşdırılıb. hazırda müəssisəyə daxil olmağıma belə qadağa qoyulur. Bu gün hüququ olaraq əlimdə qalan 25 faizin olmasına baxmayaraq, məni oraya buraxmırlar. Vaxtilə işə götürdüyüm mühafizə xidmətini, digər personalı təzələyərək müəsissənin qapıları üzümə bağlanıb. Bundan başqa digər mlaklarımı və MMC-dəki qalan payımı ələ keçirmək üçün davamlı şantaj və təhdilərlə üz-üzəyəm. Mən hüquqi yolla özümün haqqımı müdafiə etməyə başlamışam”.
İş adamı məktubunun sonunda haqqının tanınmayacağı halda həmin şəxsin qanunsuz əməllərini ictimailəşdirəcəyini bəyan edib: "Təəssüf ki, o, bəzi hörmətli şəxslərin adını çəkir. İnanmaq istəmirəm ki, onun bu qanunsuzluğuna görə kimsə ona dəstək versin”. Füzuli Adıgözəlov bu gün media nümayəndələrinin iştirakı ilə öz müəssisəinə gedəcəyini də deyib.
Criminal.az araşdırma apararaq Vergilər Nazirliyinin həmin yüksək vəzifəli məmurunun kimliyini müəyyələşdirib. Yaxın günlərdə həmin şəxslə bağlı ətraflı məlumatı oxuculara təqdim edəcəyik.

Şərhlər

XƏBƏR LENTİ