SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Qızına 400 minlik toy edən məmur prezidentin gözündən düşüb - Yeni detallar...

Qızına 400 minlik toy edən məmur prezidentin gözündən düşüb - Yeni detallar...

Tarix:

6-07-2018, 10:11

/ 1 476 dəfə oxundu.
Qızına 400 minlik toy edən məmur prezidentin gözündən düşüb - Yeni detallar...

Bakı Lift İdarəsi rəisi Qüdrət Şükürovun vəzifədən çıxarılması gerçəkləşir; Bakı meri Hacıbala Abutalıbovun işindən azad olunması onun da kreslosunu laxladıb...

Bu barədə verilən xəbərə görə, baş liftçinin qızına 400 minlik toy eləməsi, keçmiş və indiki kürəkənləri arasında məhkəmə çəkişməsi prezidenti qəzəbləndirib.

Bu hadisələrin üst-üstə gəlməsi Q.Şükürovun vəzifəsindən kənarlaşdırılmasını sürətləndirib. Hazırda xuliqanlıqda ittiham olunan Elşən Əsgərli onun sabiq kürəkənidir.

Elşən və onun dostları Azər Nəsibov, Nuray Bayramlının barələrində cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Təqsirləndirilən E.Əsgərli bildirib ki, görüşü Şahin Məmmədovla razılaşıb: “Gənclikdə “Bazarstore” qarşısında görüşdük. Baxdım maşında 4 nəfər var, çatan kimi məni söydülər. Hərəsi bir tərəfdən üstümə hücum çəkdi.

Oqtay (indiki kürəkən) maşından qəribə taxta çıxartdı. Mənim avtomobilimin nömrəsini qırdı və gördüm ki, taxta ilə üstümə hücum çəkir. Polisə sığınmaq üçün qaçdım. Onlar polisin yanında məni döyməyə başladılar.

Bu zaman başımıza çoxlu adam yığışdı. Həmin vaxtı əsgər yoldaşım da təsadüfdən ora gəlmişdi. Birinci bizi o aralayırdı, sonra onu da mənimlə birlikdə döydülər”.

Təqsirləndirilən şəxs bildirib ki, bu iş üzrə Oqtaya himayədarlar kömək edib: “Oqtayın atasının böyük himayədarları var. Elnur Cəfər adlı prokurorluq əməkdaşı onlara kömək edir”.

Elşən Əsgərli Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun qızı Ayselin birinci əri olub. O, boşanandan sonra Oqtay Əhmədov ilə ailə qurub.

Qüdrət Şükürov qızının ikinci dəfə keçirilən toyuna 400 min manatdan çox pul xərcləməsi xəbərləri mətbuatda yayılıb.

Verilən xəbərə görə, Abutalıbovun istefaya göndərilməsi Şükürovun mövqelərini zəiflədib. Prezidentin yaxın vaxtlarda bu idarəyə yeni rəhbər təyin edəcəyi bildirilir.

Məlumata görə, Lift İdarəsinin direktoru məşhur "Gümüş Plaza"dakı 2 mənzilini ( 900 min + 900 min ) 1, 8 milyona sataraq vəziyyətdən çıxa bilib.

Görəsən, adi idarə direktorunda bu qədər pul haradandır? Dəyəri 10 milyonlarla ölçülən evlər, villalar hansı pulla əldə olunub?

Sən demə, Qüdrət Şükürovun güvvəndiyi və arxalandığı yüksək çinli məmur “SOCAR”-ın prezidenti Rövnəq Abdullayev imiş.

Əslən cənublu olan Q.Şükürov hələ tələbəlik illərindən R.Abdullayevlə yaxın dostluq əlaqəsi olub. Bu əlaqələr sayəsində isə Qüdrət Şükürovun ulduzu parlamağa başlayıb.

Gələn xəbərlərdə qeyd olunur ki, dəfələrlə çıxılmaz vəziyyətlərə düşən Qüdrət Şükürovu sonda R.Abdullayev xilas edib.

Qüdrət Şükürovun yaxın ətrafından verilən məlumata görə, R.Abdullayev tərəfindən göstərilən xidmətlərin qarşılığında Q.Şükürov boşlu qalmayıb.

Qüdrət Şükürovu R.Abdullayevə bağlayan maddi və iqtisadi maraqlar deyildir. Ortada R.Abdullayevə lazım olduqda siyasi maraqların da işə düşdüyü barədə informasiyalar gəlməkdədir.

Mənbə qeyd edir ki, qızına təşkil etdiyi dəbdəbəli toy mərasimi təşkil etdikdən sonra diqqət mərkəzinə düşən Qüdrət Şükürov buna görə, R.Abdullayevdən ciddi xəbərdarlıq alıb.

Ona bildirilib ki, özünü yığışdırsın. Məlum olaya görə, Qüdrət Şükürovun R.Abdullayevlə olan münasibətlərində soyuqluqda yaranıb.

Amma son anda R.Abdullayev qədim dostunu vurulmaqdan son anda xilas edib. Qüdrət Şükürovun qızı Ayseldə baş verən olaylardan sonra dinc orturmaq fikrində deyil.

Müxtəlif KİV-nin rəhbərlərinə müəyyən məbləğlərdə vəsaitlər verərək özü haqqında müsbət imicin formalaşdırılmasına cəhd edir.

Görünən odur ki, Q.Şükürovla, R.Abdullayevin sıx əlaqəsi olmasına görədir ki, ona gözün üstə qaşın var deyən yoxdur.

Mövzuya qayıdacağıq.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ