SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Rövşən Cəlilovun milyonluq biznesi – ƏRƏB ŞEYXLƏRİ, MÜLKLƏR

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Rövşən Cəlilovun milyonluq biznesi – ƏRƏB ŞEYXLƏRİ, MÜLKLƏR

Tarix:

6-07-2018, 10:01

/ 1 871 dəfə oxundu.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Rövşən Cəlilovun milyonluq biznesi – ƏRƏB ŞEYXLƏRİ, MÜLKLƏR

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbəri Rövşən Cəlilov nazirliyin tabeliyində olan Meşələrin Mühafizəsi və Bərpası İdarələrinin müdirlərini öz nəzarəti altında saxlamaqla, işini bitmiş saymır…

Aparat rəhbəri həm qulluq, həm də nazirin ona sonsuz etimadından yararlanaraq, “Ağ Göl” və “Hirkan” milli parklarında yaşayan “şahin quşu” biznesini də çiçəkləndirməyə başlayıb:
“Həmin biznesi də öz nəzarəti altına alan Rövşən Cəlilov bu işdən ildə milyonlarla dollar qazanc əldə edir. Aparat rəhbərinin bu işlə məşğul olan “xüsusi” dəstəsi var. Həmin dəstə ildə bir neçə dəfə şahin quşlarını tutaraq Ərəb ölkələrindəki müştərilərinə satırlar. Aparat rəhbərinin əsas gəlirlərindən biri də Zaqatala, Balakən, Qax, İsmayıllı, Lerik və meşəçiliyin inkİşaf etdiyi digər rayonlarda meşə ərazilərindəki müxtəlif bahalı ağacların satışı biznesidir. Bu işlə Rövşən Cəlilovun qaynı və yaxın qohumu məşğul olur. Belə ki, paytaxtda bahalı ofis mebeli istehsal edən bir neçə sexə verilən ağacları aparat rəhbərinin qohumları təmin edir. Həmin mebellərin ən ucuzu 15 mindən başlayır, 80 min manata qədər yüksəlir…”.
Məlumatlı şəxs bildirir ki, Müşviqabad qəsəbəsində Rövşən Cəlilovun qohumlarına məxsus ofis və mebeli istehsal edən 2 sex var:
“Bundan başqa, bir çox ölkələrdə qızıldan qiymətli olan və tapılmayan “dombalan” adlı yabanı tərəvəzin biznesi də məhz Rövşən Cəlilova məxsusdur. Meşə torpaqlarının qumsal yerlərində bitən bu tərəvəzin yığılmasıni Aparat rəhbərinin bir xususi qrupu həyata keçirir. Adıçəkilən tərəvəz isə əsasən Ərəb və Avropanın bir çox ölkələrinə idxal olunur. Həmin tərəvəzin 1 kilosu Ərəb ölkələrində 250 – 300 dollaradır. Bu tərəvəzin xüsusilə şəkər xəstəliyinin dərmanı olduğu deyilir. Təkcə “dombalan” biznesindən Rövşən Cəlilovun hər il 5-10 milyon arasında gəlir əldə etdiyi bildirilir.
ETSN-in aparat rəhbərinin “şahin quşu” və “dombalan” biznesindən əldə olunan gəlirin 50%-dən nazir Hüseynqulu Bağırovu da “xəbərdar” etdiyi haqda da ilginc iddialar var. Amma bunun nə dərəcə doğru olduğunu biz iddia edə bilmərik. Hər halda, aparat rəhbərinin bunları özbaşına etməsi qeyri-mümkün göründüyündən, belə xəbərlər ciddiliyini artırır.(mia)Onu da yada salaq ki, hər il “şahin quşu” və “dombalan” biznesi üst-üstə 20 milyon manata qədər təmiz gəlir gətirir.Bundan başqa, Aparat rəhbərinin digər biznesi isə ölkənin demək olar ki, əksəriyyət rayonlarında olan Meşələrin Bərpası və Müfafizəsi İdarələridir. Ümumiyyətlə, nazirlik tərəfindən meşəçilik idarələrindəki su nasoslarının təmiri, binaların cari təmiri, yanacaq və digər işlər üçün ayrılan vəsaitlər belə heç bir bərpa idarəsinə göndərilmir. Çünki Rövşən Cəlilov vaxtı ilə nazirliyin Baş Meşə Müfafizəsi və Bərpası İdarəsinin rəisi işlədiyi dövrdə idarə müdirlərinin nə qədər qazan əldə etdiklərini və dövlət meşələrinin hesabına necə varlandıqlarını yaxşı bilir. Buna görə də nazirlikdə idarələrə ayrılan vəsaitlərlə bağlı müvafiq sənədləri çox ustalıqla tərtib edərək, “lazımı istiqamətə” yönəldirlər”.
Məlumata görə, nazirliyin aparat rəhbəri Göygöl rayonunda – Hacıkənd yaxınlığında böyük bir villa tikdirib:
“Düzdür, o, məmur olduğundan villanı öz adına rəsmiləşdirməyə bilər. Amma nazirlikdə və elə həmin kənddə hamı bilir ki, Rövşən Cəlilovun bu villasının qiyməti bir neçə milyon manatla ölçülür. Eyni zamanda, İsmayılı, Zaqatala və Qax rayonlarında yol qırağında yerləşən bir çox meşə əraziləri də Rövşən Cəlilovun qohumlarının və yaxınlarının adına üzunmuddətli müqavilə əsasında sənədləşdirilib”.
Məlumatda o da iddia olunur ki, aparat rəhbəri son illər əldə etdiyi varidatını Şərqi Avropaya daşıyır:
“Belə ki, onun Bolqarıstanda dəniz kənarında yerləşən Varna şəhərində böyük bir istirahət mərkəzi və dəbdəbəli bir villa aldığı deyilir. Bununla yanaşı, aparat rəhbərinin Türkiyənin İstanbul və Bodrum şəhərlərində daşınmaz əmlak aldığı haqda da xəbərlər var. Nəyin hesabına?! Bax, əsl araşdırmalı mövzular bunlardır”.
Bu və ya digər iddialarla əlavə məlumatlarla bağlı araşdırmalarımız davam edəcək.

obyektiv.info

Şərhlər

XƏBƏR LENTİ