SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Səlim Müslümovun "sağ əli" ölkədən qaçıb - İttiham hədəfi olmaqdan yayınır...

Səlim Müslümovun "sağ əli" ölkədən qaçıb - İttiham hədəfi olmaqdan yayınır...

Tarix:

5-07-2018, 12:36

/ 1 257 dəfə oxundu.
Səlim Müslümovun "sağ əli" ölkədən qaçıb - İttiham hədəfi olmaqdan yayınır...

Səlim Müslümovun dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri olmuş Əjdər (Ol) Cəbiyev haqqında redaksiyamıza ilginc informasiya daxil olub. Belə ki, DİA.AZ-a məlumat verən mənbənin iddialarına görə, Əjdər Cəbiyev artıq bir neçə gündür ki, Azərbaycanı birdəfəlik tərk edib.

Xatırladaq ki, Əjdər Cəbiyev keçmiş ƏƏSMN şefinin "sağ əli" hesab olunmaqla yanaşı, onun əsas pulyığanı kimi də tanınıb. Mənbə bildirir ki, Əjdər Cəbiyev yaxınlarına istirahət üçün Avropa ölkələrindən birinə getdiyini söyləsə də, onun geri qayıtmayacağı daha çox göləniləndir.

Mənbənin söylədikləri: "Çünki Əjdər Cəbiyev ƏSSMN-də Səlim Müslümovun dövründə baş verən talanın əsas aparıcı fiqurlarından biri olub və onun barəsində hüquqi araşdırmanın aparılması həra an gözləniləndir. Artıq bunun ilkin işartıları da müşahidə olunmaqda idi. Sadəcə olaraq ölkədə baş verən son olaylar qeyd olunan prosesin bir qədər ertələnməsinə gətirib çıxardı".

Əlavə bilgilərimiz olacaq. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ