SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Güllənən başçıya general Bəylər Əyyubovun qardaşı oğlundan güllə kimi sözlər (VİDEODA SÖYÜŞ VAR)

Güllənən başçıya general Bəylər Əyyubovun qardaşı oğlundan güllə kimi sözlər (VİDEODA SÖYÜŞ VAR)

Tarix:

5-07-2018, 12:14

/ 26 492 dəfə oxundu.
Güllənən başçıya general Bəylər Əyyubovun qardaşı oğlundan güllə kimi sözlər (VİDEODA SÖYÜŞ VAR)

Gənşə şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyevin güllələnməsi ilə bağlı müxtəlif versiyalar var. Versiyalardan biri də başçı ilə Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Departamentinin rəisi Şahin Eyyubovla icra başçısı E.Vəliyevin konflikitinin ortaya çıxmasıdır.
Criminal.az saytı xəbər verir ki, ''Youtube'' kanalında 2018-ci mayın 22-də Şahin Eyyubovun səs yazısı peyda olub. Həmin səs yazısını dinləyəndə məlum olur ki, Ş.Eyyubovun işlətdiyi sözlər Elmar Vəliyev barəsindədir.
Onların münasibətinin həddindən artıq kəskin olduğunu videoya qulaq asanlar, münasibətlərin hansı səviyyədə olduğunu hiss edə bilərlər. İddia etmirik ki, baş verənlər məhz bu düşməniçiliyin nəticəsindir. Ancaq istənilən halda bu məslənin araşdırlaması zərurəti ortalıqdadır. Səs yazısında həddindən artıq nalayiq söyüşlər var. Ehtimal olunur ki, səs yazısını Şahin Eyyuboyun yanında olanlar qeydə alıb.
Xatırladaq ki, Ş.Eyyubov prezidentin Mühafizə Xidmətinin rəisi Bəylər Əyyubovun qardaşı oğludur.

Şərhlər

XƏBƏR LENTİ