SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Mərkəz Lahmacun"da biabırçılıq: müştərinin başına oyun açdılar -ŞİKAYƏT

"Mərkəz Lahmacun"da biabırçılıq: müştərinin başına oyun açdılar -ŞİKAYƏT

Tarix:

4-07-2018, 18:43

/ 1 823 dəfə oxundu.
"Mərkəz Lahmacun"da biabırçılıq: müştərinin başına oyun açdılar -ŞİKAYƏT

"Mərkəz Lahmacun"nun İçərişəhər restoranında müştəriyə qarşı hörmətsizlik edilib.

Bu barədə Qaynarinfo-ya restoranın müştərisi Asif Dəmirov məlumat verib. Şikayətçi artıq neçənci dəfədir ki, restorandan yemək sifariş verdiyini, lakin sifarişin heç zaman vaxtında və tam formada gətirilmədiyini bildirib. Bu dəfə isə o, restoranın işçiləri tərəfindən lağa qoyulduğunu söyləyib:

"Məkəz Lahmacun"dan mərci və dönər sifariş verdim. Qısa zamanda göndəririk deyib, telefonu söndürdülər. Nə az, nə çox düz 45 dəqiqədən sonra (buna görə əvvəlcədən xəbərdarlıq da etməmişdilər) sifarişi çatdırdılar. Amma sifariş tam deyildi. Buna görə yenidən restorana zəng vurdum. Dəstəyi götürən xanım operator, "özüm qaça-qaça gətirmirəm ki, gözləyin də!", - deyə kobud şəkildə cavab verdi. Nə üçün hörmətsizlik etdikləri üçün "Mərkəz Lahmacun"nun İçərişəhər restoranına yollandım. Orada olan kassir və operator xanım mərcinin pulunu minnətli şəkildə qaytararaq, "burda nə var ki, 1 manata görə qarşınızda da rəqs etməyəcəm ki?!", - deyə cavab verdi".

Şikayətçi restoran işçisinin müştəri ilə kobud rəftarına görə rəhbərliyin ona heç bir irad tutmadığını və buna görə əslində ondan üzr istəməli olduqlarını qeyd edib.

Şərhlər

XƏBƏR LENTİ