SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Deputatın qardaşı oğlu təqaüdə göndərildi

Deputatın qardaşı oğlu təqaüdə göndərildi

Tarix:

2-07-2018, 16:20

/ 2 080 dəfə oxundu.
Deputatın qardaşı oğlu təqaüdə göndərildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi təqaüdə göndərilib

Məlumatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Unikal.org-a təsdiqləyiblər.

Bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polkovnik Namiq Hüseynov xidmətlə olmanın son yaş həddinə görə təqaüdə çıxıb.

Onun yerinə həmin vəzifəyə polkovnik Vüsal Babayev təyin olunub.

Qeyd edək ki, təqaüdə göndərilən Namiq Hüseynov respublikanın keçmiş Hərbi Komissarı, millət vəkili Əliağa Hüseynovun qardaşı oğludur.

Şərhlər

XƏBƏR LENTİ