SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakıda “UBER” taksi Xudaverdiyanla şərik işləyir: 10 gündür…

Bakıda “UBER” taksi Xudaverdiyanla şərik işləyir: 10 gündür…

Tarix:

28-06-2018, 13:12

/ 1 960 dəfə oxundu.
Bakıda “UBER” taksi Xudaverdiyanla şərik işləyir: 10 gündür…

Rusiyada erməni rəhbəri Tiqran Xudaverdiyan olan “Yandex” (Yandeks) şirkəti on gün olar ki, Bakıda “UBER” taksi firması ilə əməkdaşlığa başlayıb.

Bu barədə taksi sürücülərindən birinin AzEuroNews.com-a verdiyi məlumata görə, “Yandeks”lə “UBER” arasındakı şərik işləyirlər.

Sürücünü sözlərinə görə, hər iki şirkət gəlirləri 50-50-yə bölüşdürür. Hazırda Bakıda “UBER”in proqramı Yandeksdir.
Bu isə o deməkdir ki, ermənilər ölkənin küçə və prospektlərini, mənzillərin ünvanlarını dəqiqliyi ilə əldə edə bilirlər.

“Yandeks” və “Uber” xidmətləri Rusiya və MDB ölkələrində gedişlə bağlı biznesin birləşdirilməsi ilə bağlı saziş imzalayıblar.

Yeni yaradılan müəssisənin dəyəri 3,275 milyard dollar təşkil edir. Birləşmiş şirkətdə “Yandeks” 59,3 faiz paya malikdir.

“Yandex Taksi” xidmətinin təsisçisi və baş direktoru olan qatı erməni millətçisi Xudaverdiyan İrəvanda anadan olub.

O, 2006-cı ildə “Yandex” şirkətində layihə meneceri kimi işə başlayıb. 2010-ci ildən isə “Yandex Taksi”yə rəhbərlik edir.

Xudaverdiyanın təsisçisi olduğu “Yandex Taksi” xidməti hazırda 6 ölkədə – Rusiya, Qazaxıstan, Ukrayna, Belarus, Gürcüstan və Ermənistanda fəaliyyət göstərir.

Bir müddət əvvəl Bakı Nəqliyyat Agentliyi taksi xidmətilə məşğul olan sürücüləri bu cür şirkətlərlə əməkdaşlıqdan çəkinməyə çağırmışdı.

Amma görünür ki, müvafiq qurumlar tərəfindən heç bir addım atılmayıb, təhlükəsizliklə bağlı hər hansı təbirlər görülməyib.

“Uber”in sürücüləri bildirirlər ki, yeni proqram yaxşı işləmir, xəritə isə “Yandex”indir. Şirkətin Azərbaycan rəhbərinin vaxtaşırı Rusiyaya gedərək Xudaverdiyana hesabat verdiyi söylənir.

Erməni iş adamı Azərbaycana girişin mümkün olmadığını anlayanda “Yandeks”lə “UBER”in birləşdirməyi çıxış yolu görür və istəyi gerçəkləşir.

AzEuroNews.com

Şərhlər

XƏBƏR LENTİ