SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Samir Şərifovla Kamaləddin Heydərovun oğlanlarının sensasion fərqi

Samir Şərifovla Kamaləddin Heydərovun oğlanlarının sensasion fərqi

Tarix:

27-06-2018, 20:43

/ 2 590 dəfə oxundu.
Samir Şərifovla Kamaləddin Heydərovun oğlanlarının sensasion fərqi

Məmurlar özləri necədirlərsə, övladları da onların tərbiyəsi ilə formalaşırlar; Kimisinin balası harınlıq edir, kimisi eyş-işrət, qumar həyatı yaşayır, kimisi adam öldürür...

Onlarla belə faktlar göstərə bilərik: bahalı maşınla piyadanı vurub öldürən məmur uşaqları, yolda atəş açan deputat oğlu, İsmayıllıda üsyana səbəb olan nazir balası və s.

Son illərdə onların ardı-arası kəsilmir. Prezidentin harınlamış məmur balalarına etdiyi xəbərdarlığa baxmayaraq, onlar qudurğan hərəkətlərini davam edirdilər.

Kimisi israfçılıq edərək pulları bahalı məclislərə tökür, kimisi də müxtəlif heyvanlar saxlayırlar. Məsələn, maliyyə naziri Samir Şərifovun oğlunun çoban iti saxlaması son nümunədir.

Onlara paralel olaraq isə Azərbaycan üçün müəyyən işlər görən, lobbi fəaliyyət göstərən nazir və məmur uşaqları da var.

Onlardan biri fövqəladə hallar naziri Kamaləddin Heydərovun oğlu Tale Heydərovdur. T.Heydərov monopolist olsa da, S.Şərifovun övladı kimi 10 hektarlıq yerdə poyraz iti bəsləmir.

Onun fəaliyyəti kitab nəşriyyatı, London məktəbi, idman klubu və s. sahələri əhatə edir. Bunu deməkdə məqsəd onu tərifləmək və yaxud K.Heydərovun oğlunun şəffaf pullarla layihələr həyata keçirdiyini söyləmək deyil.

Əksinə, K.Heydərov ölkədəki ən güclü inhisarçı nazirlərdən biridir və oğlunun da necə lobbiçiliklə məşğul olduğu, biznes qurduğu aydın məsələdir.

Amma ən azından bu vəsaitləri S.Şərifovun övladı kimi Anadoludakı cins çoban itinə xərcləmir.

T.Heydərov 2006-cı ildə ingilisdilli “Visions of Azerbaijan” jurnalını təsis edib, həmin vaxtdan jurnalın baş redaktorudur. Bəs ölkənin maliyyə nazirinin oğlu nə edir?

O, manatın öldüyü ölkənin pullarını cins itinin ətinə xərcləyir, digər nazir övladından fərqli olaraq...Və təbii ki, prezident nazirlərin uşaqlarının fəaliyyətinə diqqət yetirir.

Azərbaycanı və prezidentini dünya mediasında rüsvay edən S.Şərifovun oğlu yaxşı əməli ilə ad çıxara bilərdi.

Məsələn, fövqəladə hallar naziri Kamaləddin Heydərovun oğlu lobbiçiliklə məşğuldur. Digər məmurlardan da bəzilərinin övladları xaricdə ölkəmizin maraqlarını təbliğ edirlər.

S.Şərifovun oğlu da Qarabağ həqiqətlərinin çatdırılması işində fəaliyyət göstərə bilərdi. Amma o, xalqın pulları hesabına varlanmış atasının milyonlarını itə tökür.

Hərçənd, maliyyə naziri oğluna Avropada fəaliyyət göstərməsi, onun Azərbaycanın əleyhinə aparılan qərəzli kampaniyalara cavab vermək üçün təşkilat yaratması haqda göstərişlər verə bilərdi.

Amma K.Heydərovla S.Şərifovun fərqi məhz bu məsələdə haçalanır. Birinun uşağı məktəb, idman klubu, nəşriyyat açır, birinin balası isə Türkiyədə it bəsləyir.

Nazir Samir Şərifovun övladının “Anadolu aslanı” kimi tanınan Kanqal (poyraz) it cinsini alıb saxlaması mətbuatın fantaziyası deyil. Bunu it fermasının sahibi Birol Başyiğit təsdiqləyib.

İri cüssələri, qoruma instinktləri və insana yaxınlığı ilə dünyada məşhurların diqqətini çəkən bu it Anadolunun Edremit qəsəbəsində 10 hektar xüsusi hasarlanmış ərazidə bəslənir.

Hazırda dünyanın 32 ölkəsinə bu itlər ixrac edilir. Poyrazın balalarına dünyada NBA ulduzları, kik boks çempionları, bürokratlar, siyasətçilər, maraq göstərir.

Bütün bunlar isə Azərbaycan sərvətlərinin talan olunması, xalqın yoxsulluq və bank kreditləri içində boğulduğu vaxtda baş verir.

Bu, israfçılıq deyil, talandır, qarətdir. Ölkənin maliyyə nazirinin övladı poyraz iti bəsləyir, xalq isə “it günündə” yaşamağa məhkum olunub.

Vaxtilə keçmiş nəqliyyat “bos”u Ziya Məmmədovun oğlu Anar Məmmədovun da milyonluq ayını kəsdirib ətindən kabab çəkdirməsi haqda çox danışmışdılar.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ