SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Qalmaqala səbəb olan məsələ qanundan çıxarıldı

Qalmaqala səbəb olan məsələ qanundan çıxarıldı

Tarix:

27-06-2018, 16:20

/ 1 622 dəfə oxundu.
Qalmaqala səbəb olan məsələ qanundan çıxarıldı

Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” qanunda dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb.

Dəyişikliyə görə, 34-cü maddənin II hissəsinin I bəndinə “motosikletləri,” sözündən sonra “kvadrisiklləri, trisiklləri,” sözləri əlavə edilib. Bundan əvvəl, maddə motosikletləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün şəklində qeyd edilmişdi.

Həmin maddənin III bəndi sürücülük vəsiqəsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı - “AZ” və rəqəmlərlə nömrələnmiş aşağıdakı məlumatlar göstərilir. (Növündən asılı olmayaraq hər bir sürücülük vəsiqəsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı — “AZ” və rəqəmlərlə nömrələnmişaşağıdakı məlumatlar göstərilir)

VI bənddə sürücülük vəsiqəsinin adı Azərbaycan Respublikasının dövlət dilində və fransız dilində (“Permis de conduire”), bu maddənin üçüncü hissəsinin 1-ci—11-ci bəndlərində göstərilən məlumatların adı Azərbaycan və ingilis dillərində, başqa məlumatlar isə Azərbaycan dilində yazılırlar. (Sürücülük vəsiqəsindəki məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində qeyd olunur).

37-ci maddənin V hissənin II bəndində “nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək,” sözləri çıxarılıb. (nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək, nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etmək).

Xatırladaq ki, 37- ci maddənin V hissəsinin II bəndindən çıxarılan “nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək” məsələsi bir müddət bundan əvvəl mediada ciddi qalmaqala səbəb olmuşdu. Yol polisinin söhbət edən sürücünü necə müəyyənləşdirəcəyi müzakirə predmetinə çevrilmişdi. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov jurnalistlərə bildirmişdi ki, sərxoş və təhlükəsizlik kəməri vurmayan sürücüləri yol polisi necə müəyyən edirsə, sükan arxasında söhbət edənləri də elə müəyyən edəcək. Qeyd edək ki, diqqəti yayındıracaq söhbətə görə 40 manat cərimə müəyyən edilmişdi.

Şərhlər

XƏBƏR LENTİ