SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Canik”in dolaşıq əməlləri, bir neçə milyon dollar və yenə də dolaşıq sxemlər... - İLGİNC

“Canik”in dolaşıq əməlləri, bir neçə milyon dollar və yenə də dolaşıq sxemlər... - İLGİNC

Tarix:

27-06-2018, 11:56

/ 1 658 dəfə oxundu.
“Canik”in dolaşıq əməlləri, bir neçə milyon dollar və yenə də dolaşıq sxemlər... - İLGİNC

Azərbaycan Beynəlxalq Bankının problemli aktivlərini təhvil almış “Aqrarkredit” ASC Cahangir Əsgərovun Rusiyada kino biznesinə yatırdığı bir neçə milyon dolları geri almaq uğrunda mübarizə aparır.

Virtualaz.org “Kommersant”a istinadən xəbər verir ki, “Aqrarkredit” ASC-nin törəmə strukturu tanınmış rejissor Aleksandr Rodnyaskinin “AR Films” şirkətindən faizləri ilə birlikdə 6.7 milyon dollara çatmış borcları məhkəmə yolu ilə geri almağa çalışır. Habelə “Non Stop Production” şirkətinin Rodnyanskinin partnyoru Sergey Melkumovun krediti üzrə zaminliyini ləğv etdirmək istəyir.

Xəbərə əsasən “Aqrarkredit” QSC Kiprdə qeydiyyatdan keçmiş “Alexandr Rodnyansky Films Ltd” (AR Films) şirkətindən 6.673 milyon dolların tutulmasına dair Moskva Arbitraj məhkəməsində iddia qaldırıb. İddia ərizəsində deyilir ki, 2013-cü ildə Azərbaycan Byenəlxalq Bankının Moskvadakı törəmə bankı “MBA Moskva” bu kino şirkətinə 4 milyon dollar (ildə 10 faizlə) kredit verib. Borc 2015-ci ilin noyabrına qədər geri qaytarılmalı idi. Amma şirkət krediti və onun faizlərini geri ödəmir.

“Biz bütün bu vaxt ərzində onların vədlərini yerinə yetirib pulları ödəməsini gözləmişik, amma pul daxil olmayıb”-“Agrarkredit Asset Management Russia” şirkətinin direktor müavini İzmir İsmayılov bildirib.

AR Films şirkətinin nümayəndəsi isə bundan əvvəl bank qarşısında 4 milyon dollarlıq kredit öhdəliklərinin olduğunu təsdiq edib, amma bu kreditlə bağlı irad olmadığını və vaxtlı-vaxtında ödədiklərini deyib.

Bir müddət əvvəl isə “Ararkredit”lə bağlı olan Lüksemburq şirkəti “Excalibur” “AR Films” şirkətinin tərkibinə daxil olan “Non Stop Production”un 20 milyon dollarlıq kredit tələbi üzrə zaminliyinin ləğv edilməsi üçün iddia qaldırmışdı.

“Non Stop Production”un Rusiyanın ən iri tammetrajlı filmlər istehsalçısıdır, son illər “Oskar”a namizəd göstərilən bir neçə film çəkib. Aleksandr Rodnyanski “Aqrarkredit”in məhkəmə iddiasını şərh etməyib. Bundan əvvəl isə rejissorun hüquqşünası baş verənləri “korporativ şantaj” adlandırmışdı.
Kinoşirkətdəki mənbə isə bildirib ki, Azərbaycan Beynəlxalq Bankında işlər yaxşı gedəndə bank kino və media biznesinə investisiya qoymuşdu. Və bu ambisiyalarla “Non Stop Production” şirkətinin səhmlərinin 49 faizini həmin İzmir İsmayılovla bağlı olan Lüksemburq şirkəti “Excalibur” vasitəsilə almışdı. Lakin bu sövdələşmədən az sonra bankda böhran başladı, Cahangir Hacıyev dələduzluğa və mənimsəməyə görə 15 illik həbs cəzası aldı. “İndi isə “Aqrarkredit” Rodnyanskidən nəsə qoparmaq üçün korporativ “razborka” başladıb, onun imicinə zərbə vurmağa çalışır və partnyor kimi heç nə etmir”-əvvəllər Beynəlxalq Banka yaxın olmuş həmin mənbə bildirib.
O da bildirilir ki, “Excalibur” iyun ayında “Non Stop Production” şirkətinə qarşı daha bir iddia qaldırıb. İddia ərizəsində deyilir ki, iddiaçı tərəf cavabdehdən hansı aktivlərə malik olduğu barədə sənədləri tələb edib. Amma bu sənədlər verilməyib. “Excalibur” aydınlaşdırmaq istəyir ki, “Non Stop Production”un hansı aktivləri var və onlardan Azərbaycan Respublikasının büdcəsinin xeyrinə mümkün qədər çox vəsait tələb edib almaq mümkün olsun”-İzmir İsmayılov bildirir.
Qeyd edək ki, “Aqrarkredit”in Rusiyadakı törəmə şirkətinin direktor müavini İzmir İsmayılovun özü də düzgün reputasiyaya malik adam kimi tanınmır. Onun barəsində daha ətraflı bu linkdə tanış olmaq mümkündür.

Şərhlər

XƏBƏR LENTİ