yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Sevinc Babayevanı polemikadan qaçıran SƏBƏBLƏR

Sevinc Babayevanı polemikadan qaçıran SƏBƏBLƏR
22-06-2018, 15:10 654 dəfə baxılıb

Azərbaycan hüquqi dövlətdir, burada medianı məhkəmələrlə təhdid etmək, qorxutmaq düşüncəsi mövcud deyil

19 iyun 2018-ci il tarixində Rubrika.az saytında “Azərbaycan Dövlət Neft və Sənaye Universitetində kütləvi narazılıq” başlıqlı yazı çap edilib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "İstilik energetikası mühəndisliyi" kafedrasının bir qrup müəlliminin müraciəti əsasında hazırlanmış yazıda kafedra müdiri Sevinc Babayeva barəsində tənqidi fikirlər yer alıb.

Müraciət edən şikayətçilər Sevinc Babayevanın kafedraya düzgün rəhbərlik etmədiyini, öz əməlləri ilə kütləvi narazılıqlar formalaşdırdığını bildirirməklə onu öz işinin mahiyyətini dəqiq bilməməkdə, nəticədə onun rəhbərliyinin kafedranın bütün fəaliyyətini iflic etdiyini göstəriblər. Şikayətçilər S. Babayevanı ümumi işin ziyanına addımlar atmaqda, müəllimlərin fikirlərinə məhəl qoymamaqda, yalnız öz bildiyini etməkdə ittiham edirlər.

Bu gün (21.06.2018) Sevinc Babayeva redaksiyamıza telefon açaraq yazı ilə bağlı mövqeyini ifadə edib. Əslində buna mövqe bildirmək, yaxud nüfuzlu bir ali məktəbin kafedra müdirinə yaraşan hansısa başqa bir ad vermək mümkün deyil. Çünki, S. Babayeva türklər demişkən basbaya “qan-qan” deyir, hədə-qorxu gəlməklə medyanı təhdid edirdi. Əsəbi tonda bizi kafedra haqında yanlış məlumatlar verməkdə ittiham edən S. Babayeva guya bütün kafedranın ayağa qalxdığını bildirərək şərəf və ləyaqətinin alçaldıldığını iddia edirdi. S. Babayevaya xatırlatmaq istərdik ki, kafedra üzvlərinin ayağa qalxması haqqında ilk məlumat tərəfimizdən verilmişdi və onlar heç də bizim saytımız əleyhinə yox, elə kafedranın xanım müdiri əleyhinə etiraz edirdilər. Daha sonra isə məgər hansısa bir şəxs haqqında rəhbərlik etdiyi kollektivin etirazını dərc etmək onun şərəf və ləyaqətini təhqir etməkmi hesab olunur? Bu hansı idarəetmə təfəkkürü, ziyalılıq kodeksidir? Sevinc xanıma öz mövqeyini ifadə etmək üçün şans tanısaq da əsəbi halda bundan imtina edərək “sizinlə polemikaya getməyəcəyəm” deyərək bizi məhkəmə ilə hədələdi. S. Babayevaya bir daha xatırladırıq ki, haqqında yayılan məlumatlara etiraz etmək onun hüququdur və bu hüququna hörmətlə yanaşırıq. Lakin, qəbul etmədiyi məlumatlara nədən yazılı etiraz etmək istəmir? Heç bir fakt təqdim etmədən yazılanların təkzib edilməsini tələb edən S. Babayevanın məntiqini heç cürə başa düşmək mümkün deyil. Buyur, əməlli-başlı təkzib ver, əks faktları təqdim et. Azərbaycan hüquqi dövlətdir, burada insanları, medyanı məhkəmələrlə təhdid etmək, qorxutmaq düşüncəsi mövcud deyil. Bu orta əsr təfəkkürü ilə XXI əsrdə böyük bir ziyalı ordusuna rəhbərlik etmək doğrudan da çətindir. Əsəblər də dözməz, çünki insan qəbul edilməyəndə də əsəbi olur.

Rubrika.az saytında dərc edilən yazı kafedra əməkdaşlarının şikayəti idi. Onlar S. Babayevanın idarəetmə üslubuna etiraz edirdilər, çünki onu illərdir ki, tanıyırdılar. Elə kafedra müdirini tanımaq üçün bizə də 1 dəqiqə 22 saniyəlik telefon danışığı kifayət elədi. Belə getsə istilik energetikası kafedrasında hələ çox istilər olacaq…

Rubrika.Az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ