SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Süleymana qalan Qaradağ.... - İstədiyini edir

Süleymana qalan Qaradağ.... - İstədiyini edir

Tarix:

21-06-2018, 10:56

/ 1 387 dəfə oxundu.
Süleymana qalan Qaradağ.... - İstədiyini edir

Neçə müddətdir ki, vəzifədən alınacağı, hətta büdcə oğurluqlarına görə, ittiham belə olunacağı söylənilən Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdan xəbər var. Belə ki, DİA.AZ-ı bilgiləndirən mötəbər mənbənin sözlərinə görə, icra başçısı rayon ərazisindəki idarə və müəssisə rəhbərlərinin, habelə daş karxanaları sahiblərinin qarşısında yeni tələb qoyub.

Mənbənin söylədikləri: "İndi də icranın adamları qapı-qapı düşüb "istirahət pulu" yığırlar. Özü də biabırçı formada. Çox yüksək vəzifəli, nüfuzlu adamların adlarından istifadə edirlər. Guya filankəs müəllimə istirahət pulu veriləcək. Qaradağın bütün sahibkarları rəsmən beziblər".

Mənbə bildirir ki, əslində bu kimi faktların səs-küyünün çıxmamasının əgər bir səbəbi iri obyektlərə elə başçının öz adamlarının nəzarət etməsidirsə, digər səbəbi də əksər sahibkarların ehtiyatlanmasıdır: "Ya qorxurlar ki, kimsənin bacarmadığı Süleyman Mikayılov onları batıracaq. Bunu müxtəlif formada edə bilər. Süleyman Mikayılovun arxasında Kəmaləddin Heydərov dayanır. Yəni əlləri gömrüyə də girdiyindən sahibkarları gömrüklə də hədələyirlər. Başqa bir təzyiq forması yoxlamalardır. Ki, az qala bütün ölkədə bu kimi hallar dayandırılsa da, Qaradağda günü bu gün də davam edir. Və digər başqa üsullar. Ona görə də, Süleyman Mikayılovun yeni pulyığımı sezonundan hansısa narazılıq eişdilməyəcək".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ