yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

"Əziz Əzizov Yasamal RİH başçısı postunda simvolikdir" - Niyə kadrlar ƏMDK-dən gətirilir?

20-06-2018, 17:10 323 dəfə baxılıb

Məlum olduğu kimi, bu gün Yasamal Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Səməd İslamov işdən çıxarılıb. Yeni sərəncamla Rzayev Elçin Adil oğlu Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib.

E.Rzayev əvvəllər Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) işləyib. O, bir müddət əvvəl Yasamal RİH-nin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyinat almışdı.

Xatırladaq ki, buna qədər də Əziz Əzizov ƏMDK-ki kadrlara yeni vəzifələr verib. Hətta Əziz Əzizovun Yasamal RİH-ə qədər rəhbərlik etdiyi Cəlilabada da onun gedişindən sonra məhz ƏMDK-də çalışmış Namiq Zeynalov təyin olunub. Bütün bunlar isə Əziz Əzizovun yox, məhz ƏMDK rəhbəri Kərəm Həsənovun fövqəlgücü kimi xarakterizə olunmaqdadır.

Bu barədə danışan bilgili qaynaq iddia edir ki, əslində Əziz Əzizov Yasamal RİH başçısı postunda simvolikdir. Mənbə bildirir:

"O, bəlkə də "jek" müdirləri ilə bağlı qərarında belə müstəqil deyil. Hər şeyi Kərəm Həsənov yönəldir. Elə Əziz Əzizovun özünü də. Ona görə də, bu gün Yasamal RİH-də də ƏMDK əsas kadr bazası rolunu oynamaqdadır. Bu bir növ dövlətə qarşı alternativ nlamına da gəlir".

Mənbə bildirir ki, normal qabiliyyətinə gəlincə, Əziz Əzizov köhnə biznesmen kimi belə uğursuz olub: "Deməli, arxandakı güc səni irəli çəkməlidir. Əziz Əzizovun isə tək bacardığı Kərəm Həsənova qüsursuz sədaqətdir".

DİA.AZ


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-07-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ