SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Nazirin kriminal təhsili: “Vor zakon” təhsil şefləri və mahnılar məktəblərə ayaq açıb - Video

Nazirin kriminal təhsili: “Vor zakon” təhsil şefləri və mahnılar məktəblərə ayaq açıb - Video

Tarix:

20-06-2018, 10:43

/ 2 388 dəfə oxundu.
Nazirin kriminal təhsili: “Vor zakon” təhsil şefləri və mahnılar məktəblərə ayaq açıb - Video

Yeni təhsil naziri Ceyhun Bayramov onunla eyni vaxtda təyin olunan həmkarlarından Sahil Babayev və İnam Kərimov oxşamır. Analitiklər də feysbukda bu qənaətdədirlər

Ekspertlərin fikrincə, nazir təhsil sahəsində heç bir novatorluq etməyib. S.Babayev və İ.Kərimov kadr islahatları, hadisələrə çevik reaksiyası ilə fərqlənir.

Məsələn, KTN şefi İmişlidə pambıqçıların kütləvi zəhərlənməsinə görə dərhal rayona getdi və onlara dəstək oldu. S.Babayev də yeni kadrlar irəli çəkməkdədir.

Həm aqrar, həm sosial təminat sahələri qədər prioritet, problemli sektor olan təhsildə köklü reformalara ehtiyac var.

Amma C.Bayramov hələ ki təhsil şöbələrinin müdirləri, məktəb direktorları ilə gündəmə gəlməkdədir.

Beyləqanda təhsil şefinin övladı polisi bıçaqlayır, Kəlbəcərin maarif rəhbərinin övladı qumarda uduzur, Ağdaşdakı təhsil müdirinn oğlu isə jurnalistii ölümlə təhdid edir.

Bunlar azmış kimi, Gədəbəy, Lerik, Gəncə, Ağcabədi, Laçın və digər bölgələrin təhsil idarələri və şöbə müdirləri barəsində faktlar təqdim olunur.

Nazir “tükünü tərpətmir”.

Son olaraq isə Xaçmazda “Son zəng” günü məzunların kriminal avtoritetlərin aləmindən bəhs edən “Dolya vorovskaya” mahnısına oynaması təhsilin mənzərəsini ifadə edir.

Tamamən “qanuni oğru” və kriminal dünyasına gətirib çıxaran bu nüanslar C.Bayramovun diqqət mərkəzindən kənarda qalıb.

Söhbət Xaçmazdakı Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyində keçirilən “Son zəng” tədbiri zamanı oğru aləmini vəsf edən mahnılar səsləndirilməsindən gedir.

Sosial şəbəkələrdə yayılmış görüntülərə əsasən tədbirin rəsmi hissəsinin başa çatmasının ardınca məzunlar “Dolya vorovskaya”, “Oğrular” kimi cinayətkar aləmi təbliğ edən mahnıların sədaları altında rəqs ediblər.

Azərbaycanda onsuz da son dövrlər cinayətkar aləmin, “vor zakon”ların və bu aləmin qanunlarının istər mətbuatda, istər cəmiyyətdə təbliği geniş vüsət alıb.

Cinayətkar aləmi vəsf edən mahnıların, meyxanaların toylarda səslənməsi adi hala çevrilib. Və belə görünür ki, bu tendensiya çoxdan orta məktəblərə də ayaq açıb.

Əks halda Xaçmazdakı həmin məktəbin məzunları milli rəqsləri, yaxud vətənpərvərlik mahnılarını bir kənara atıb nədən oğru aləmini vəsf edən
mahnılara oynayardılar?
Digər tərəfdən məktəblərdə son zəng tədbirlərinin təşkilatçıları bədii hissənin tərtibatına da nəzarət etməli deyilmi?

Bu sualla məktəbin direktoru Nurcahan Abasovaya müraciət edilib. Direktor yayılmış video kadrlardan xəbərdar idi və dərhal təkzibə keçib. O, həmin mahnıların məktəbdəki son zəng tədbirinin başa çatmasından sonra səsləndirildiyini deyib.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehoğlu isə məsələdən xəbərsiz olduğunu, araşdırma aparıb məlumat veriləcəyini söyləyib. Amma nə araşdırma var, nə nazirliyin rəsmi məlumatı...

Təhsil naziri Ceyhun Bayramovun bölgələrdəki təhsil şöbələrinin müdirləri kriminal avtoritetlər kimi özlərini aparırlar.

Kəlbəcər təhil şöbəsi müdiri Elmira Şükürovanın oğlu qumarda 200 min uduzur, Beyləqan təhsil şöbəsi müdiri Xuraman Rüstəmovanın övladı polis həmkarını bıçaqlayır, Ağdaş təhsil şefi Hürü Əliyevanın tədris mərkəzi açan balası da jurnalisti tənqidə görə təhdid edir, söyür.

Bu faktlar təkcə son dövrlərdə baş verənlərdir. Digər təhsil şöbələrinin müdirlərinin də fəaliyyəti kristal deyil. Onlar məktəblərdə bazar açıblar, çirkin rüşvətə bulaşıblar.

Amma C.Bayramov nazir fəaliyyətinə başlayandan bəri heç bir təhsil şöbəsi rəhbərini cəzalandırmayıb, araşdırma aparmayıb.

Məsələn, Beyləqan təhsil şöbəsi müdiri X.Rüstəmovanın polis bıçaqlayan oğlu ilə bağlı xəbərlərdə çıxdıqdan sonra vəzifəsindən çıxarıla bilərdi.

Amma təhsil naziri heç bir tədbir görməyib. Beyləqan DYP-nin işçisi Tural Əliyev iş yoldaşı Namiq Zeynalovu soyuq silahla bıçaqlayıb.

FİA.Az

Şərhlər

XƏBƏR LENTİ