SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Qaçqınkom"un yeni rəhbərindən KÖMƏK İSTƏNİLİR

"Qaçqınkom"un yeni rəhbərindən KÖMƏK İSTƏNİLİR

Tarix:

19-06-2018, 13:02

/ 1 528 dəfə oxundu.
"Qaçqınkom"un yeni rəhbərindən KÖMƏK İSTƏNİLİR

Füzuli rayonundan olan gənc məcburi köçkün ailəsi Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevdən kömək istəyir. Bu barədə DİA.AZ vasitəsilə komitə sədrinə müraciət edən Füzuli sakini Heydərov Ramin Orxan oğlu yazır:

"Hörmətli Rövşən müəllim! Bəri başdan bildirim ki, Sizin təyinatınıza qədər "Qaçqınkom"un köhnə rəhbərliyinə dəfələrlə müraciət etsəm də, mənə - gənc ailə başçısına kömək edən yoxdur. Əslində, problemim böyük olmasa da, kimlərsə bunu sanki şişirdərək yardım etmək istəmədiklərindən böyük nəsnə halına gətiriblər.

Cənab komitə sədri mən gənc ailəmlə - həyat yoldaşım və 1 yaşlı oğlumla birgə Nərimanov rayonu ərazisində, Arif Heydərov küçəsi 31 ünvanında yerləşən yataqxanada məskunlaşçışıq. Qeyd edim ki, ailə həyatı qurandan sonra həmin yataqxanada yaşayırıq. Həyat yoldaşım və övladım yataqxanaya qeydiyyatda olsalar da, qanuni ailənin başçısı olan bəndənizin qeydiyyatına bu vaxta qədər süni əngəllər yaradılıb".

Daha sonra daxil olan müraciətin mətnində bildirilir:

"Hörmətli Rövşən müəllim! Bizi Sizi hələ Milli Məclisdəki fəaliyyətinidən tanıyırq. İnsafən haqqınızda hansısa neqativ fikrə rast gəlməmişik. Sizə inanaraq, güvənərək bu müraciəti yazıram. İnanıram ki, mənim gənc ailəmin daha da möhkəm olması üçün mənim də həmin ünvanda qeydiyyata alınmağıma köməklik edəcəksiniz.

Xahiş edirəm ümidlərimizi puça çıxarmayın. Bizə köməklik edin. Ailəm adından öncədən təşəkkür edirəm".

Əlaqə telefonu: 055 991 69 99

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ