yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Fuad Muradova verilən şübhəli avrolar... - Daha kimlər nə qədər "yeyib"...

Fuad Muradova verilən şübhəli avrolar... - Daha kimlər nə qədər
19-06-2018, 09:52 203 dəfə baxılıb

Teref.info yazır ki, Avropa İttifaqının Bakı ofisi bir məlumat kitabçası çıxarıb və orada Aİ-nın ölkəmizdə vətəndaş cəmiyyətinə 2007-2016-cü illər arasında etdiyi yardımları göstərib.
Bu həcmcə balaca, lakin içindəki məlumatlara görə çox böyük kitabça qalmaqal yaradıb!
Kitabça haqda politoloq və siyasi analitik Fərhad Mehdiyev öz feysbuk səhifəsində məlıumat verib.
Fərhad bəy yazır ki, çox şübhəli təşkilatlara və effektivliyi mübahisəli proyektlərə xeyli pul ayırıblar.
1. Məsələn ÜMİD Sosial İnkişafa Dəstək İctimai Birliyinə nə çox nə az, 1.137.189 avro pul ayrılıb, bunlar da milliyondan çox pulu 2 il ərzində sadəcə təlim, seminar və şəbəkələşməyə xərcləyiblər ki, 2016-cı ildə bitmiş bu proyektin heç bir şəbəkələşməsi qalmadığı kimi, İctimai Birlik özü hal - hazırda heç bir proyekt də həyata keçirmir. Belə birlik, bu qədər pula belə proyekt olar?
2. TN bağlı olan Təhsildə İnnovasiyalar Mərkəzinə 640.000 avro ayrılıb ki bunun VC ilə heç bir əlaqəsi yoxdur.
3. Ümidli Gələcək Gənclər Təşkilatına (diasporla iş üzrə dövlət komitəsi sədri Fuad Muradovun qurumudur) 640.000 avro "çatdılırıb", pullar xərclənib, bu proyektin bu günə olan təsiri bir neçə sıfırdan ibarətdir. Deməli bu təşkilar bu 640.000 avronu o qədər səmərəli xərcləyib ki, onların bu gün işləyən bir veb saytı belə yoxdur.
4. Yenə bu ümidli Gələcək Təşkilatına Azərbaycan Hüquqşünaslar Konfederasiyasl ilə bir yerdə 2013-2016 illər üçün 300.000 avro qrant verilib. Güya bu pulla onlar, 14-17 yaş arasında olan və polislə üzləşən uşaqların pis rəftara məruz qalmasını qarşısını almaq üçün tədbirlər həyata keçirib.
5. Hansısa Tomris Qadınlar Təşkilatına (google bu qurum haqda heç nə bilmir), işgəncə və pis rəftarın qarşısını almaq üçün 166.666 avro pul ayrılıb. Yəni gedin kef edin.
Nəticə: məhz Avropa ittifaqının, elə Avropa Şurasının da qızıl səyləri nəticəsində ölkəmizdə vətəndaş cəmiyyətinin və demokratik islahatlar analogiyasız bir "inkişafa" məruz qalıb.

Adları çəkilən təşkilatların münasibətini dərc etməyə hazırıq!

Teref.info


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-07-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ