SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Firudin Nəbiyevin adamları yenə də iş başındadır... - İDDİA

Firudin Nəbiyevin adamları yenə də iş başındadır... - İDDİA

Tarix:

19-06-2018, 09:35

/ 1 379 dəfə oxundu.
Firudin Nəbiyevin adamları yenə də iş başındadır... - İDDİA

Dövlət Miqrasiya Xidmətinə yeni rəhbər təyin olunandan sonra bu qurumda bir çox dəyişikliklər baş verdi.

Hətta qurumun yeni rəhbəri- Vüsal Hüseynovun feysbuk səhifəsində miqrasiya sahəsində problemlə üzləşən Gürcüstan vətəndaşı olan şikayətçinin tənqidi statusuna şəxsən cavab yazması maraqlı və təqdirəlayiq olsa da,sosial şəbəkə istifadəçiləri və jurnalistlər DMX-də böyük problemlərin olmasından yazdılar,bir çoxları qurumun fəaiyyətini tənqid atəşinə tutdu. Kadr dəyişikliyindən sonra Dövlət Miqrasiya Xidmətində müsbət dəyişikliklərin baş verəcəyini gözləmək olardı.Ən azından buna ümid edilirdi.

Ancaq görünən odur ki DMX-nin keçmiş rəisi Firudin Nəbiyevin çetesi hələ də qurumda fəaliyyətini davam etdirir.
Bunu deməyə əsaslar da var.

Belə ki ,bir müddət əvvəl Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhər sakininin qanunazidd hərəkətlərinə dair Dövlət Miqrasiya Xidmətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılmışdır.
Araşdırmalar zamanı Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və saxta sənədlərdən istifadə etmə) maddəsi ilə məhkum olunmuş Kamran İsayevin öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə Türkiyə Respublikasının vətəndaşından onun Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün Dövlət Miqrasiya Xidmətindən icazə almaq adı ilə 1200 manat məbləğində pul almasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) ilə cinayət işi başlanmışdır.

365info.org apardığı araşdırmalar nəticəsində məlum olub ki, Kamran İsayev özü də vaxtı ilə DMX-nin əməkdaşı olub və orada işləyərkən DMX-də törədilən bir çox cinayətlərin şahidi olub.

Daxil olan məlumatlar sırasında ən maraqlısı Kamran İsayevin uzun illərdir DMX-nin Kadrlar idarəsinin rəisi olan Vəfa Əsədovanın doğma xalası oğlu olması haqda məlumatdır.

Əldə olunan məlumatlara görə bu qohumlar bir yerdə DMX-də bir çox qanunsuz işlərlə məşğul olublar.
Qəribədir ki, DMX-nin vəzifəli şəxsinə qanunsuz təsir göstərməsi ilə bağlı vaxtı ilə Kamran İsayevə qarşı cinayət işi açılıb,amma onun xalası qızı və birlikdə qaranlıq işlər gödüyü Vəfa Əsədova haqda heç bir tədbir görülməyib,heç nə də deyilmir.

Bizə daxil olan bu məlumatın dəqiqliyini DMX-də çalışan bir çox köhnə kadrlar da təsdiq edə bilər. Mətbu orqan da olaraq bizim borcumuz bu cür faktları araşdırıb ortaya çıxartmaq ,qanunsuz işlər görən məmurları ifşa edərək ictimaiyyətin və tədbir görülməsi üçün aidiyyatı qurumların diqqətinə çatdırmaqdır.
Sadəcə, hüquq mühafizə orqanları da istintaq araşdırmalarını genişləndirsələr, bir çox açılmamış cinayətlər üzə çıxacaq və“Nəbiyev çetesi”nin hələ də fəaliyyətini davam etməsi üzə çıxa bilər.

Araşdırmamız davam edir, bizi izləyin.

365info.org

Şərhlər

XƏBƏR LENTİ