SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Vətəndaş qanuni əmlakını geri almaq üçün 1500 manat rüşvət verib -VİDEO

Vətəndaş qanuni əmlakını geri almaq üçün 1500 manat rüşvət verib -VİDEO

Tarix:

27-02-2017, 17:13

/ 1 757 dəfə oxundu.
Vətəndaş qanuni əmlakını geri almaq üçün 1500 manat rüşvət verib -VİDEO

Ölkə paytaxtında hər kəsi şoka salan olay yaşanıb. Daxil olan məlumata görə, vətəndaş Elmar Əhmədov ona məxsus olan “Daewoo Nexia” markalı iki avtomobili geri almaq üçün 1500 manat məbləğində rüşvət vermək məcburiyyəti qarşısında qalıb. Belə ki, əvvəllər Mingəçevir Departamentinin rəhbəri olan E.Əhmədov təxminən bir il bundan öncə nəqliyyat sektorundakı struktur dəyişikliklərindən sonra tutduğu vəzifədən uzaqlaşdırılıb. Budan sonra dövlət balansındakı avtomobillərlə yanaşı, onun şəxsi mülkiyyətçisi olduğu iki avtomobil də “Elit”in yanındakı qaraja salınıb. Bundan xəbərsiz olan E.Əhmədov bir il ərzində öz avtomobillərini axtarsa da, bu barədə hər hansı informasiya əldə edə bilməyib. Yalnız bu günlərdə bəlli olub ki, həmin avtomobillər Bakı şəhər Dövlət Avtomobil Nəqliyyatı Yük Daşımamaların Təşkili MMC də Regional qurumlarının iş şöbəsinin rəis müavini Hacı Süleyman tərəfindən “Elit”in yanındakı qarajda saxlanılır. Bundan sonra avtomobilllərini geri almaq üçün Hacı Süleymana müraciət edən E.Əhmədov onu şoka salan qeyri-adi tələblə üzləşib. Belə ki, ondan öz halal avtomobillərini geri almaq üçün nə az nə çox – düz 1500 manat məblğində rüşvət tələb edilib. Məcburiyyət qarşısında həmin pulları Hacı Süleymana çatdıran E.Əhmədov avtomobillərinə geri ala bilib.
Redaksiyamız vasitəsi ilə hüquq-mühafizə orqanlarına müraciət edən E.Əhmədov onlardan məlum olayın araşdırılmasını, məcburiyyət qarşısında verdiyi 1500 manat məbləğindəki pulun geri qaytarılmasını xahiş edir.
Məlumat üçün qeyd edək ki, təqdim etdiyimiz videoda pulun verilməsi anı öz əksini tapır.
P.S.Yazı ilə bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Moderator

Şərhlər

XƏBƏR LENTİ