yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

SABİQ İCRA BAŞÇISINA ŞOK İTTİHAMLAR – Vəzifələrə kimləri yerləşdiribmiş?

SABİQ İCRA BAŞÇISINA ŞOK İTTİHAMLAR – Vəzifələrə kimləri yerləşdiribmiş?
13-06-2018, 09:49 259 dəfə baxılıb

“İyunun 7-də cənab Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən kənarlaşdırılan Tovuz rayonunun icra başçısı Tofiq Zeynalov kasıb və problemləri boğazdan aşan bir rayon qoyub getdi. 11 illik rəhbərliyi dövründə rayona dövlətin ayırdığı vəsaitləri təyinatından yayındırmaqla, eləcə də insanların torpaqlarını ələ keçirərək nemətlərini mənimsəməklə, kəndli təsərrüfatlarına və sahibkarlara ağır zərbə vurmaqla yadda qaldı”.

Bu fikirlər Tovuz rayon sakini Rüfət Hüseynovun “AzPolitka.info”ya göndərdiyi şikayət məktubundandır.

Sabiq icra başçısını rayonun sərvətlərini mənimsəməkdə ittiham edən məktub müəlifi yazır: “Tofiq Zeynalov rayonu tamamilə özəlləşdirmiş, «ailə təsərrüfatı”na çevirmişdi. Vəzifəyə savadsız, bacarıqsız qohumlarını təyin etməklə, Tovuzdakı bütün maliyyə mənbələrini öz nəzarəti altında saxlayırdı. Ən yaxın qohumu Mahir Həsənovla birgə (M.Həsənov 2 il əvvəl Zeynalovla sərvətlərin bölgüsündə çığallıq etdiyinə görə vəzifədən uzaqlaşdırılıb) Tovuzun gələcək inkişafına da zərbə vurub”.
Məktubda bildirilir ki, T.Zeynalov yaxın qohumu Mübariz Salmanovu rayon Maliyyə İdarəsinin rəhbəri təyin etdirib. Bundan sonra isə büdcədən təhsil, səhiyyə, mədəniyyət və digər təşkilatlara ayrılan pullar dağıdılıb: “Uşaq bağçalarına ayrılmış vəsaitlər talanıb. Tovuzda bağçaların təminatı və təmiri üçün ayrılan bütün vəsaitlər də mənimsənilib. Bağçaların vəziyyəti isə acınacaqlıdır. Xüsusi ilə də kənd bağçaları. Onlarda faktiki olaraq antisanitariya hökm sürür. Amma sənədlərə baxılarsa, bağçaların təminatı və təmiri ən yüksək səviyyədədir. Bütün bu rəzalətin baş verməsinin səbəbkarı isə Tofiq Zeynalovla yaxın qohumu, Maliyyə İdarəsinin müdiri Mübariz Salmanov olublar”.
Məkdubda daha sonra iddia olunur ki, icra başçısının yaratdığı şərait nəticəsndə bir neçə nəslin nümayəndəsi Tovuza ayrılan bütün maliyyə vəsaitlərini mənimsəyib və nəticədə dövlət büdcəsinə hər il külli miqdarda ziyan vurulub: “Rayon məktəblərinə təmir üçün ayrılmış pullar da göyə sovrulub. Rayonda rabitə müəssisələri, telefon çəkilişi üçün ayrılmış vəsaitlər mənimsənilib. Yaxın qohumu – 10 ilə yaxın Tovuz Telekommunikasiya Qovşağının rəhbəri işləmiş, hazırda Tovuz şəhər icra nümayəndəsi işləyən Yaşar İbrahimovla birgə rayonun rabitə təsərrüfatını darmadağın edib. Rayonun kəndlərində telefon dirəkləri aşıb, sakinlər özləri birtəhər öz pulları ilə dirəkləri və xəttləri təmir etdirir. Yaşar İbrahimov hazırda həbsdə olan keçmiş rabitə məmurlarının xeyir-duası ilə təmir, tikinti, təchizat üçün ayrılmış külli miqdarda vəsaiti mənimsəyib”.
Məktubda həmçinin qeyd edilir ki, Tofiq Zeynalov rayonda özü üçün iri fermer təsərrüfatları yardıb: “Ancaq işçilərə pul verməmək üçün yaxşı metod icad edib. Məktəb müəllimlərini, səhiyyə işçilərini, bağça işçilərini zor gücünə tütün, üzüm plantasiyalarında pulsuz qul kimi işlədib. Onun bu zorakılığına qarşı çıxanları isə işdən qovduracağı ilə hədələyib”.
Şikayətçinin yazdığına görə, Zeynalov və qohumları rayonda kənd təsərrüfatına ciddi zərbə vurublar: “Tovuz həmişə kənd təsərrüfatı rayonu kimi məşhur olub. Ancaq Zeynalov və qohumları rayondakı insanların təsərrüfatlarını da viran qoyub. Onlara təsərrüfatlarını suvarmaq üçün su verməyib, suvarma sistemlərini özünün, qudasının, yeznə və digər qohumlarının hektarlarına yönəldib. 20-dən çox kəndi su ilə təmin edən Zəyəm çayını ağzını kəsərək özü üçün balıqçılıq təsərrüfatı, çimərlik və istirahət mərkəzləri yaradıb. Əhmədabad kəndində çayın qarşısında böyük çimərlik yaradıb və çimərliyin “otxod” suları insanlara verilib”.
Məktubda qeyd olunur ki, Tovuzdakı yeyintiləri Hesablama Palatası da öz audit tədbirləri zamanı aşkar edib: “Palata Tovuz rayonunda keçirdiyi audit tədbirləri zamanı büdcə vəsaitlərinin funksional təyinatının dəyişdirilməsi hallarına yol verildiyini müəyyən edib”.

Məktubda səslənən ittihamlarla bağlı Tofiq Zeynalov və adları çəkilən digər şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

AzPolitika.info


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ