yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Leyla Əliyeva Moskvada iftar verib - FOTO

Leyla Əliyeva Moskvada iftar verib - FOTO
12-06-2018, 16:39 215 dəfə baxılıb

Rusiya paytaxtında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən iftar verilib.

İftar süfrəsi Moskva Müsəlmanları Ruhani İdarəsinin təşkilatçılığı, Rusiya Müsəlmanları Ruhani İdarəsi və Moskva hökumətinin dəstəyilə baş tutub.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşı Ayan Həsənova bildirib ki, hər il Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Poklonnaya qora adlanan yerdə qurulan Ramazan çadırında “Azərbaycan Günü” keçirilir:

“Ramazan çadırı Rusiya Müftiləri Şurasının Moskvada yaşayan və islam dininə ibadət edən çoxsaylı xalqların nümayəndələrini birləşdirən və onlar arasındakı əlaqələri möhkəmləndirmək məqsədilə həyata keçirilən vacib layihədir. Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi hər il bu layihədə aktiv iştirak edir, inanclı insanlar üçün iftar süfrəsi açır”.

Ramazan çadırındakı “Azərbaycan Günü”nü açan Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev ötən il Azərbaycanda “İslam həmrəyliyi ili”nin qeyd olunduğunu vurğulayıb:

“İslam həmrəyliyi ili” çərçivəsində Bakıda və digər şəhərlərdə, o cümlədən Sankt-Peterburqda konfranslar və görüşlər keçirilib. Bu tədbirlərdə müsəlman xadimləri ilə yanaşı, pravoslav kilsəsinin nümayəndələri də iştirak ediblər”.

Tədbirdə “Əhli-Beyt” dini təşkilatının sədri Nizami Baloğlanov, Moskva Dövlət Universitetinin tələbəsi Ələkbər Qasımov və digərləri də çıxış ediblər.

Daha sonra Moskva müsəlmanları iftar açıblar. Onlara Azərbaycan mətbəxinin milli nümunələri təqdim olunub.
Leyla Əliyeva Moskvada iftar verib - FOTO
Leyla Əliyeva Moskvada iftar verib - FOTO
Leyla Əliyeva Moskvada iftar verib - FOTO
Leyla Əliyeva Moskvada iftar verib - FOTO
Leyla Əliyeva Moskvada iftar verib - FOTO


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

25-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ