SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Şura sədrindən jurnalisti təhqir edən generala sərt etiraz

Şura sədrindən jurnalisti təhqir edən generala sərt etiraz

Tarix:

12-06-2018, 16:00

/ 1 334 dəfə oxundu.
Şura sədrindən jurnalisti təhqir edən generala sərt etiraz

"Əndazəyə sığmayan yaraşmaz reaksiyası var”

“Vəzifə səlahiyyətlərini yerinə yetirən jurnalistin təhqirə, aşağılayacı rəftara məruz qalması qətiyyət yolverilməzdir. Buna görə də «Bizim yol» qəzetinin əməkdaşı Əli Cahangiroğlunun üzləşdiyi durumdan dərin təəssüf hissi keçirirəm. Hesab edirəm ki, bu təəssüf hissini bütövlükdə media ictimaiyyəti qəzəbli və hiddətli şəkildə yaşamaqda tam haqlıdır”.

Bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Modern.az saytına açıqlamasında deyib:

“Biz hər zaman vəzifə sahiblərinin, dövlət məmurlarının, daşıdığı missiya ictimai əhəmiyyət kəsb edən hər kəsin media ilə davranışının korrekt olmasını yalnız etik baxımından əsaslandırmır, eyni zamanda demokratik cəmiyyət quruculuğunun vacib şərti kimi izah edirik. Əlbəttə, demək olmaz ki, jurnalistlər də öz işlərinin öhdəsindən tam peşəkarlıqla gəlirlər. Mövcud sahədə kifayət qədər problemlər var. Ancaq «Bizim yol» qəzeti əməkdaşının üzləşdiyi durum fərqli müstəvidə dəyərləndiriləcək, hansısa səbəb axtarılacaq məsələ deyil. Ortada jurnalistin ünvanladığı konkret sual və qarşı tərəfin heç bir əndazəyə sığmayan yaraşmaz reaksiyası var”.

Deputat qeyd edib ki, yüksək dövlət vəzifələri daşımış şəxsin işlətdiyi nalayiq söz bütövlükdə cəmiyyət üçün sarsıntıdır: “Düşünürəm ki, Ərzuman Əliyev də məsələnin fərqində olmalı, nəticə çıxarmalıdır”.

Qeyd edək ki, iyunun 2-də güclü sel nəticəsində Göyçay çayı üzərində avtomobil körpüsünün uçması ilə bağlı başlanan cinayətdə DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin sabiq rəisi, polis general-mayoru və Quba rayon İcra Hakimiyyətinin sabiq başçısı Ərziman Əliyev qardaşı Nəciməddin Mikayıl oğlu Əliyevin həbs olunması ilə bağlı jurnalistin sualını cavablandıran zaman general onu ağır söyüşlərlə təhqir etmişdi.

Şərhlər

XƏBƏR LENTİ