SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İslahatların növbəti hədəfi bəllidir... - Süleyman Mikayılov yeni siyasətə ayaq uydura bilmir

İslahatların növbəti hədəfi bəllidir... - Süleyman Mikayılov yeni siyasətə ayaq uydura bilmir

Tarix:

11-06-2018, 17:45

/ 1 272 dəfə oxundu.
İslahatların növbəti hədəfi bəllidir... - Süleyman Mikayılov yeni siyasətə ayaq uydura bilmir

Keçən günlərdə bir neçə rayonun icra hakimiyyəti başçısı dəyişdirildi ki, əslində, bununla bağlı əvvəlindən məlumat verilmişdi.
Bilgilərdə qeyd edilirdi ki, hakimiyyət prezident seçkilərindən sonra vintləri möhkəmləndirmə amaclı bir sıra yerdəyişmələrə gedəcək ki, bunlar da baş tutdu.
DİA.AZ-a daxil olan son məlumatda isə qeyd olunur ki, daha bir neə rayonun icra başçısı dəyişdiriləcək. Bu barədə xəbəri verən qaynaq dəyişikliklərdən birinin Qaradağ RİH-də baş tutacağını deyir.

Mənbəyə görə, hazırki icra başçısı Süleyman Mikayılov tutduğu vəzifəsindən azad ediləcək. Onun yerinə kimin təyin ediləcəyini dəqiqləşdirilməyib. Mənbə bildirir ki, Süleyman Mikayılov da yenidən təyinat ala bilməsi üçün çaba sərf edir və hazırda onun yeni postu ilə bağlı müzakirələr aparılır.

Mənbənin söylədikləri: "Süleyman Mikayılov ən zəngin icra başçılarından biri, bəlkə də birincisidir. Ona görə də əlindəki sərvəti qoruya bilməsi üçün Mikayılova administrativ rıçaq daha çox lazımdır. Bu baxəmdan onun yenidən təyinat alacağı daha çox proqnozlaşdırılır".

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin. Qarşı tərəfi də dinləməyə hazırıq...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ