yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Arzu Rəhimova post-general dövrü düşərli oldu

Arzu Rəhimova post-general dövrü düşərli oldu
11-06-2018, 02:35 339 dəfə baxılıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX)rəisi, general-leytenant Arzu Rəhimov keçmiş müavini, general Novruzəli Orucovdan sonra bütün ipləri öz əlində saxlayır

Oğlu Rüstəm Orucovun harınlıq edərək avtobus şoferini döyməsi və həbs olunması ardınca işdən çıxarılan generaldan sonra qurumda total nəzarət A.Rəhimovdadır.

N.Orucovla yolları tez-tez toqquşan və yola getməyən Xidmət rəisi üçün məlum hadisə göydəndüşmə oldu. A.Rəhimov müavinini vəzifədən çıxara bilmirdi.

Generalın arxasındakı siyasi gücə batmaq imkanı olmayan Xidmət rəisinin bəxtinə göydən "üç alma düşdü" və R.Orucovun həbsi atasının karyerasını bitirdi.

Vahid Əliyevdən dəstək alan general Novruzəli Orucov Arzu Rəhimovun onun yerinə keçməyə çalışır, lakin fərari generalın qaranlıq keçmişi hələ də onun qarşısında əsas maneə olaraq görünürdü.

Ziya Məmmədovun yerlisi olan Novruzəli Orucov həmin dönəmdə böyük güc sahibi olan Nəqliyyat nazirinin bu posta olan namizədi idi.

Eyni zamanda Novruzəli Orucov Prezidentin Müdafiə məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasınıı rəhbərinin müavini, general-leytenant Vahid Əliyevin də dəsətəyini ala bilmişdi.

Həmin dövrdə KHVTİC Respublika Şurasının sədri vəzifəsində çalışan Novruzəli Orucovun yeni yaradılan quruma rəis təyin olunması demək olar ki, həl olunmuş məslə idi.

Lakin Novruzəli Orucovun 1993-cü ildə Qarabağ müharibəsi dönəmində fərarilik etməsi ilə bağlı faktlar rəqibləri tərəfindən mətbuata sızdırıldıqdan sonra, generalın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis keçməsi xəyalı suya düşmüş oldu. Daha sonra oğlunun həbsi tamamilə "qələmini qırdı".

Xəbərə görə, indi hər şeyə nəzarət edən A.Rəhimov üçün rəqib qalmayıb.

Hələ də müavini olmayan Xidmət rəisinin əl-qolu açılıb. Yəni, post-general dövrü ona düşərli olub. Hazırda hərbi bilet bazarı onun inhisarındadır və yerli şöbələrlə işini görür.

Hətt yerli mediada hərbi komissarların xidməti formalarının satıldığı qeyd olunub. Dövlət tərəfindən komissarlıq işçilərinə pulsuz paylanmalı olan uniformalar A. Rəhimovun planına əsasən pulla satılır.

Nəticə etibarı ilə Xidmət rəisi dövlətin verdiyi geyimlərdən böyük gəlir əldə edir. Amma qeyri-rəsmi və gizli şəkildə həyata keçirilən bu əməliyyata görə heç kəs şikayət edə bilmir.

Hər bir SHXÇDX əməkdaşı ehtiyat edir ki, vəzifəsindən kənarlaşdırıla bilər. Generalın uniforma biznesi əsasən regionlardakı komissarlıqları əhatə edir.

A.Rəhimovun uniformalarla yanaşı komissarlıq binalarının təmiri və tikintisi işlərindən də pul mənimsədiyi iddia edilir.

Deyilənə görə, Xidmət rəisi regionlarda komissarlıqların təmir və yenidənqurması işlərinin xərcini komissarların boynuna qoyur. Baxmayaraq ki, dövlət tərəfindən bu işlərə vəsait ayrılır.

A.Rəhimovun dövründə “komsovat” biznesi heç də tənəzzül etməyib. General ayrı-ayrı regionlarda şöbə rəisləri 3500-5000 manat civarında sağlam gəncləri çağırışdan yayındıra bilirlər.

Bu şəbəkəyə tibbi ekspertiza, həkimlərin arayışı daxildir. General sağlam gənclərin rüşvət müqabilində hərbi xidmətdən yayındırılması, xəstə və kasıb uşaqların isə cəbhə xəttinə yollaması hallarına son qoyulacağına ümid edilirdi.

Xidmət rəisinin fəaliyyəti dönəmində ayrı-ayrı hərbi komissarlıqlarda hərbi bilet biznesi daha da çiçəkləndi.

Elə son bazarlıqlar son çağırış üçün yenə qızışıb.

Bu iddialarla bağlı Xidmət rəhbərliyinin mövqeyini dərc edə bilərik.

Fia.Az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ