SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Qəbələ sakininin başına gələn DASTAN KİMİ OLAYLAR - İşin içində MTN-nin də adı keçir

Qəbələ sakininin başına gələn DASTAN KİMİ OLAYLAR - İşin içində MTN-nin də adı keçir

Tarix:

17-01-2017, 16:35

/ 3 065 dəfə oxundu.
Qəbələ sakininin başına gələn DASTAN KİMİ OLAYLAR - İşin içində MTN-nin də adı keçir

Yazıb Sizə bildirirəm ki, 1990-cı ildə Qəbələ rayonunda doğulub orada da boya-başa çatmışam. Hazırda da Qəbələ rayonu Çarxana kəndində ata yurdumda yaşayıram. Ailənin tək oğul övladıyam. Atam 2012-ci ildə dünyasını dəyişib. Ailənin bütün yükü mənim üzərimdədir.
2015-ci ildə Nikoil bankdan 26 000 manat kredit götürmüşdüm. Bir neçə ay sonra ödənişdə problemlərim yarandı. Bu səbəbdən əlavə pul lazım oldu. Soraqlaşaraq borc pul axtarırdım. 2015-ci ilin təxminən mart-aprel aylarında Qəbələ rayonundan olan Fəraiz Qurbanlı ilə görüşdüm və ona bildirdim ki, mənə borca pul lazımdır. O, da məni öz qardaşı Ayazın üstünə göndərdi və bildirdi ki, qardaşı Ayaz aylıq faizə pul verir. O, qardaşı Ayazla telefon əlaqəsi saxlayandan sonra Ayazla görüşdüm. Ondan əvvəlcə 20 % aylıq olmaqla 1000 manat aldım və təxminən 25 gün sonra 1200 manat qaytardım. Bundan 4-5 gün sonra o, mənə bildirdi ki, 4000 manatı aylıq 10 %-lə verə bilər. Mən də razılaşaraq ondan 4000 manatı götürdüm. Təxminən 20 gün sonra o, mənə bildirdi ki, verdiyi 4000 manatın əvəzinə məndən 6000 manat alacaqdır. Ona dedim ki, ay tamam deyil, vaxtında 4400 manatını verəcəyəm. O, isə bununla razılaşmadı və mənə hədə-qorxu gələrək kriminal aləmin əli ilə məsələni həll edəcəyini bildirdi. Ona bildirdim ki, pul tapıb ona olan borcumu və əlavə faizi qaytaracağam. O da mənə məsləhət gördü ki, Qəbələdən olan Osmanov Vaqifdən pul alıb onun ödənişini edim. Ona Vaqifin mənə pul verməyəcəyini dedim. O, isə bildirdi ki, Vaqifə tapşırıb və gedib ondan pul götürüm. Mən Vaqif adlı şəxslə görüşdüm. O, cibindən 5000 ABŞ dolları çıxararaq mənə verdi və bir aya 500 ABŞ dollarını əlavə faiz kimi alacağını bildirdi. Mən də razılaşdım və ondan 5000 ABŞ dollarını alaraq gətirib Ayaza verdim. Ayaz da narazılığını bildirdi ki, ona 6000 manat vermək lazımdır, 5000 ABŞ dolları da 1,05 manatdan 5250 manat edirdi. Ayaza dedim ki, qalan hissə yükləmə olduğundan əlimə düşəndə verərəm. Bir neçə gün sonra Vaqif mənə zəng edərək işlədiyi Texinkabankın valyuta dəyişmə məntəqəsinə çağıraraq bildirdi ki, ayın tamamında məndən 5500 ABŞ dolları yox, 7000 ABŞ dolları alacaqdır. Soruşdum hansı səbəbdən, o da bildirdi ki, qayda belədir, əks təqdirdə o da məni kriminal aləmlə qorxuzdu. Hətta məni xəbərdar etdi ki, pulun ödəniş vaxtından keçərsə hər günə əlavə olaraq 200 ABŞ dolları üstünə faiz kiim gələcəkdir. Məlumat üçün bildirirəm ki, Vaqif Osmanov Qəbələ rayonunda Texnikabankın Qəbələ bazarındakı valyutadyişmə məntəqəsinin müdiri olub. İndi də iş adamlarına faizlə pul verməklə məşğul olur. Vaxt çatanda o, məni Ayazın üstünə göndərdi, Ayaz da mənə 8000 ABŞ dolları verdi, bu dəfə də Ayazın verdiyi pulla Vaqifin borcunu qaytardım. Bu minvalla faizlər artırdı. Ayaz da 8000 ABŞ dollarının əvəzinə məni yükləyərək 14000 ABŞ dolları istədi. Məcbur olaraq təxminən 2015-ci ilin aprel-may aylarında Bakı şəhərində yaşayan tanışım Məmmədzadə Cavid Hidayət oğluna müraciət etdim. Ondan borca pul istədim. O, isə bildirdi ki, faizlə verirlər, 13 000 manatın əvəzinə iki ay ərzində 19 000 manat ödəməliyəm. Baxmayaraq ki, onun da şərtləri ağır idi, amma Ayaz tərəfindən gündəlik faiz artırıldığına görə bu şərtlərlə razılaşdım. Cavid Məmmədzadə pul verməmişdən qabaq mənə bildirdi ki, onunla 19 000 manatlıq borc müqaviləsi imzalayım. Bakı şəhərində Tərlan şadlıq evinin yaxınlığında yerləşən notariuslardan birində Cavidlə iki ay müddətinə 19 000 manatlıq borc müqaviləsi imzaladım. Həmin müqaviləyə əsasən guya ondan 19 000 manat borc pul almışdır. Həmin 19000 manatdan 3 ay ərzində 4 dəfəyə 20 000 manat pul qaytardım. Amma o, nəticədə mənə bildirdi ki, guya ona 7000 manat borcum qalmışdır. Bu səbəbdən o aramızda bağlanmış borc müqaviləsini ləğv etmədi. Dedi ki, 7000 manatı verməyəcəyim təqdirdə məni məhkəməyə verəcəkdir. O, mənə qarşı haqsızlıq etməyə başladı. Hələ də o məni məhkəməyə verəcəyi ilə hədələməkdədir. Amma əlimdə telefon danışıqları ilə bağlı sübutlarım vardır ki, onun 13 000 manatının əvəzinə 20 000 manat qaytarmışam. Mən Caviddən götürdüyüm 13 000 manatla Ayazın mənə faizlə yüklədiyi 14 000 ABŞ dollarını qaytardım. Cavidin pullarını qaytaranda da yenidən Osmanov Vaqifdən 5000 ABŞ dolları və o biri ayda isə 8000 ABŞ dolları faizə götürdüm. Həmin pullarla Cavidin borcunu bağlamışdım. Vaqif Osmanov həmin 5000 ABŞ dollarının əvəzinə məndən bir ay ərzində 8000 ABŞ dolları, 8000 ABŞ dolları əvəzinə isə məndən 8000 ABŞ dolları ilə birgə 2000 manat aldı. Vaqifin də pulunu ödəyə bilmədiyim üçün Ayazın üstünə göndərdi və Ayazdan 10 500 manat faizə pul götürdüm. Ayaz həmin 10 500 manata görə məndən bir ay ərzində 26 000 manat pul aldı. Ayaz pulları mənə manatla, Vaqif isə dollarla verirdi. Vaqifin pulunu qaytaranda devolvasiya getdiyinə görə Ayazdan yenidən 10 000 ABŞ dolları götürmüşdüm. Onun əvəzində isə o məndən 18 000 ABŞ dolları götürdü. Bir dəfə də Cavidlə Vaqifin pullarını ödəyərkən Ayazdan 15 000 manat pul götürmüşdüm. O, həmin vaxt pulun faizini deməmişdi, demişdi ki, faizi sonradan deyəcəkdir. Pulun ödənişinə iki gün qalmış o, məndən 15 000 manatın qarşılığında 24 000 manat istədi. Hər gecikən gün üçün isə 2500 manat pul istədi. Pulu iki gün gecikdirdim. O, mənə hər günə 2500 manat istəyəndə etirazımı bildirdim. Səhəri günü o, məni işlətdiyi Qəbələ rayon Hacıalılı kənd tikinti materiallarının satışı mağazasının yanına çağıraraq 36 BE 718 dövlət nömrə nişanlı «Ford»makalı avtomobilində üstümə tüfəng çəkdi və mənə hədə-qorxu gəldi. Bildirdi ki, gündəlik 2500 manat olmaqla iki günə 5000 manatın əvəzinə hörmət edib 3000 manat istədi. Həmin tüfəngin üzərində A/ işarəsi vardır, sərnişin oturacağının yanında isə ərəb əlifbası ilə yazılmış paslı paketin içərisində 4-5 ədəd patron da vardı. O, cümlədən Ayaz mənə Nurçuluqla məşğul olduğunu və buna görə Qəbələ rayon MTN şöbəsinə çağırıldığını, armatur oğurluğuna görə Qəbələ rayon polis şöbəsi tərəfindən saxlanıldığını, lakin, Nurçu olduğuna görə arxasında yuxarı dövlət səviyyəli şəxslərin dayandığını bildirərək ona heç kimin dəyib dolaşmadığını bildirdi. Hətta mənə məlumat verdi ki, bayramda özəl türk yurdlarına Qəbələdən 36 ədəd dana kəsdirərək yollamışdır. Həmçinin bibisi oğlu Bəyalı adlı şəxsin Ədliyyə Nazirliyinin hospitalında işlədiyini, istənilən şəxsi türməyə saldıraraq onun tapşırığı ilə iynə ilə öldürtdürə biləcəyini bildirdi. Ayazın qorxulu adam olduğunu düşünərək Ayaza bu pulu vermək üçün yollar axtarırdım.
Tanışlarım vasitəsi ilə Bakı şəhərində Xətai rayonunda Emin adlı bir şəxslə tanış oldum. O, özünü Naxçıvanlı kimi təqdim etsə də sonradan onun Ağdam rayonundan olmasını öyrəndim. O, məni Bakı şəhərində Cəfər adlı şəxslə tanış etdi. O, mənə pulun ev girovu ilə veriləcəyini bildirdi. Mənim də Bakı şəhərində Yeni Günəşli qəsəbəsində iki otaqlı mənzilim var idi. Eminlə Cəfər mənim evimə baxdılar və həmin evin müqabilində 40 000 ABŞ dolları verəcəyini bildirdilər. Mən də razılaşdım. Cəfər ofisində olan şəxslərdən biri ilə mənim aramda Xətai rayonunda notariusların birində 50 000 manatlıq 3 aylıq borc müqaviləsi imzalatdı. Həmin vaxt 1 ABŞ dolları 1,05 manata idi. Həmin puldan 4000 ABŞ dollarını Cəfər özü götürdü. Bildirdi ki, bu həmin pulun şapkasıdır. 1000 ABŞ dollarını da Emin arada makler kimi götürdü. Cəfərlə danışığımıza əsasən hər ay üçün 2000 ABŞ dolları faiz ödəyəcəkdim. Mən də razılaşmışdım. Ondan 35000 ABŞ dollarını götürdükdən sonra 25 000 manatını Ayaza verdim. 10 000 ABŞ dollarını isə Vaqif Osmanova verərək onlarla borcumu bağladım. Ayaza pulun təminatı olaraq Bakı şəhərində və Qəbələdə olan evlərimizin, torpaqların kupçalarını vermişdim. Onun pulunu qatyarandan sonra kupçalarımı geri istədim. Lakin, o mənə bildirdi ki, guya ona yenidən faiz borclarım ilə birgə 45 000 manata yaxın borcum yaranmışdır. Bu səbəbdən kupçaları vermədi və mənə bildirdi ki, kupçalar Qəbələ rayonunda olan İslamov Elxan Zahid oğlundadır. Bu səbəbdən də Elxandan sənədlərimi istədim. O, isə bildirdi ki, Ayazın ona 5800 manat borcu vardır. O. pul çatmayacağı təqdirdə sənədləri verməyəcəyini bildirdi. Mən də məcbur olaraq 5800 manat pulu Elxana verdim və ondan ev və əmlakımıza dair sənədləri götürdüm.
Ümumiyyətlə Ayaz və Vaqif məni bir neçə ay ərzində belə demək mümkündürsə əməlli başlı fırlatdılar. Belə ki, onlar borclarını vaxtından əvvəl istəyərək məni pul üçün bir-birinin üstünə göndərirdilər. Hətta bəzən Ayaz məni onun pulunu qaytarmaq üçün qardaşı Qurbanlı Fəraizin üstünə də göndərmişdi. Fəraiz də bir həftəlik pul verməyinə görə əlavə olaraq məndən 8000 manat qarşılığında 2000 manat almışdı. Belə hallar ümumiyyətlə çox oldu. Bu səbəblərdən külli miqdarda borclarım yarandı, Bakı şəhərindəki Yeni Günəşlidəki iki otaqlı evimi də girovda qoydum, həmin yerdə olan 3 otaqlı atadan qalma mənzilimi də bir gün içərisində satdım və borclarıma verdim.
Bildirirəm ki, Eminin vasitəsilə tanış olduğum Cəfərə bir ay ödənişi vaxtında etdim. II ayda isə əlimdə nəğd şəkildə pul olmadığına görə ona dedim ki, ödənişi edə bilməyəcəyəm. Emin mənə bildirdi ki, faizə pul verən bir qadından pulu götürüb Cəfərin aylığını verəcəkdir. Onunla razılaşdım və o elə də etdi. Sonradan o məni Xətai rayonunda mənə məxsus avtomobildə hədələləyərək öldürəcəyi ilə qorxuzdu. Hər gün üçün mənə 500 ABŞ dolları yükləməyə başladı. Bundan sonra ona 5000 ABŞ dolları, 2050 ABŞ dolları, 5000 ABŞ dolları, 9800 manat, 6450 ABŞ dolları və 3000 manat pul ödədim. O, bu pulları məndən qadından aldığı 2000 ABŞ dollarının əvəzinə ödətdirirdi. Amma Cəfərlə olan haqq-hesabı özüm 6 ay ərzində hər ay 2000 ABŞ dolları olmaqla ödədim. Emin 2000 ABŞ dollarının əvəzində yüklədiyi faizləri aldıqdan sonra ona yenə də 19 000 ABŞ dolları borcumun olduğun dedi və həmin pulların müqabilində mənə notariusda 15000 ABŞ dollarlıq müqavilə imzalatdırdı. Hələ də həmin pul üzərimdədir. Yenə də də o, məni və ailəmi öldürəcəyi ilə hədələyərək məndən 15 000 ABŞ dollarını və Cəfərə olan 40 000 ABŞ dollarını istəyir. Onun məni hədələməsinə dair kifayət qədər əlimdə sübutlarım da vardır. Lazım gələrsə təqdim edə bilərəm.
Bakı şəhərindən götürdüyüm pullarla Ayazın yüklədiyi borcları bağlaya bilməmişdim. Ayaz mənə bildirmişdi ki, əslən Qəbələ rayonundan olan Səfərov Samir Dağlar oğlu faizə pul verməklə məşğul olur. Ona dedim ki, Samir adlı şəxs məni tanımır və mənə pul verməz. O, mənə təklif etdi ki, Qəbələ rayonunda yaşayan Şirinov Vüqar Məzahir oğlu Samirin qardaşı Nadirdən maşın alıb və münasibətləri yaxşıdır. Məni Vüqarın üstünə göndərdi. Vuqarla görüşdüm və buna etiraz etmədən Samirdən faizə pul alacağıma kömək edəcəyini bildirdi. O, məni Samirlə Qəbələ rayonunda sport otelində görüşdürdü. Samir mənə o şərtlə 10 000 manat pul verirdi ki, onunla 10 000 manatlıq kredit borc müqaviləsi imzalayım, əlavə də Vüqarın Toyota Land Cruiser markalı avtomobilini onun adına keçirim. Vüqar buna qəti etiraz etmədi. Mən də razılaşdım və Qəbələ rayonunda şənbə-bazar günləri notarius işləmədiyindən İsmayıllı rayonuna gedərək Vüqarın Toyota Land Cruiser markalı avtomobilini (texpasport Samirin qardaşı Səfərov Nadirin adına idi) ümumi etibarnamə ilə Səfərov Samirin adına keçirdi. Mən Samirlə bakı şəhərinə gəldik və Ali Məhkəmənin arxasındakı Xətai rayonunda yerləşən notariusda 10 000 manatlıq bir ay müddətinə borc müqaviləsi imzaladıq. Samir mənə 9200 manat pul verdi. 500 manatını şapka kimi, 300 manatını isə Qəbələdən Bakı şəhərinə gəldiyi üçün əziyyət haqqı istədi. Qısa müddət sonra Samir Vüqarla məni Bakı şəhərinə tanışı Raminin işlətdiyi Pirani Pub pivə evinə çağıraraq «faizi faizçi qoyur cümləsi ilə» hər 10 günə əlavə 3500 AZN gəldiyini bildirdi. Əks təqdirdə isə Vüqara məxsus Toyota Land Cruiser markalı avtomobilini mənimsəyəcəyini bildirdi. Mən məcburən Samirlə razılaşaraq Vüqarla birgə Qəbələyə qayıtdıq. Bir müddət sonra 2015-ci ilin dekabr ayında Samir mənim ona 35 000 manata yaxın borcumun olduğunu və təcili çatdırmamı söylədi. Bu sözü dedikdən sonra iş yerindən çıxarkən Vüqar mənə zəng etdi, Samir və qardaşı Nadirin Qəbələdə olduqlarını və bizi çağırdıqlarını bildirdi. Mən Vüqarla onların yanına Qəbələ-Jalə yolunun üzərindəki kafeyə getdim, orada onlarla görüşdüm. Yeyib içmək vaxtı Samir badə qaldıraraq qardaşı Nadirin XDMX-dən MTN-nin Nərimanov rayon şöbəsinə rəisi təyin olunduğunu və istənilən adamı itirə biləcəyini bildirdi. Yeyib içməkdən sonra Nadir öz 270 nömrəli Mercedes markalı avtomobili ilə, Samir isə Vüqarla məni itələyərək Toyota Land Cruiser markalı avtomobilin sükanına keçdi. Mənə bildirdi ki, gecəni mənə məxsus Qəbələ-Lunapark yolundakı villamda qalmaq istəyir. Onlar həmin istiqamətdə avtomobillə getdilər. Nadir öz 90 NJ 270 nömrəli Mercedes markalı avtomobili ilə mənə məxsus villanın həyətinə daxil oldu. Sonra yuxarı ikinci mərtəbəyə qalxdı. Samir isə I mərtəbədə mənimlə və Vüqarla söhbət edirkən Nadirə məxsus 90 NJ 270 nömrəli Mercedes markalı avtomobilin baqajını açdı. Baqajda 2 ədəd tapançanı bizə göstərdi. Həmçinin üzərində MTN yazılmış qırmızı rəngli vəsiqəni bizə göstərərək qardaşı Nadirə aid olduğunu bildirdi. Özünün də DİN-in əməkdaşı olduğunu bildirdi. Bundan sonra Samir qardaşı Nadir üçün Mingəçevir şəhərindən iki nəfər əylənmək üçün qadın gətizdirməyi tələb etdi. Mən də dedim ki, belə işlərdən xəbərdar deyiləm və təşkil edə bilmərəm. O, bizə acıqlanaraq öz villamdan mənimlə Vüqarı itələyərək çölə çıxartdı və qovdu. Bizə də bildirdi ki, Vüqarın Toyota Land Cruiser markalı avtomobili artıq ona qalacaqdır. Biz çölə çıxdıqdan sonra Vüqar ağlamağa başladı və hətta mənə dedi ki, avtomobilim əlimdən çıxarsa gecə özünü asacaqdır. Mən də Vüqara söz verdim ki, sakitləşsin, nə yolla olur-olsun pul tapıb Samirə ödəyəcəyəm və onun avtomobilini qaytaracağım. Səhəri günü Vüqar məni çağırtdıraraq Nadirlə Samirin yanına Qəbələ otelə apardı. Onlarla görüşdük. Nadir hər gün üçün 1000 manat faiz gəldiyini bildirdi. Mən etiraz etdim. O, mənə Samir hesabladığı borcu, yəni 35 000 manatı ödəməyimi bildirdi.
Bundan təxminən 4-5 gün sonra Samir bizi Bakı şəhərinə çağırtdırdı. Bir nəfər dostunun faizə pul verən tanışları olduğunu bildirərək onun vasitəsilə pul götürüb onun pulunu verməyimi tapşırdı. Həmin şəxslə söhbət etdikdən sonra səhəri günü Ceyhun Kazımov, Ramin adlı şəxs, Simyar Əsgərəliyev və adını bilmədiyim onların bir nəfər dostu Qəbələ rayonuna gələrək pulu girov müqabilində verə biləcəklərini dedilər. Bu səbəbdən də mənim Qəbələdə olan Villamı girov götürəcəyini dedilər. Bunun üçün villama 150 000 ABŞ dolları təklif etdilər. Ceyhun özünü DİN-in əməkdaşı kimi təqdim etdi. Ceyhun bildirdi ki, 150 000 ABŞ dollarını verən şəxs onun yeznəsidir. Səhəri günü 10 BV 009 nömrə nişanlı Toyota Land Cruiser markalı avtomobili ilə Ceyhun, adını bilmədiyim yeznəsi və onun dostu Qəbələyə gələrək evə baxış keçirdilər. Pulun verilməsini hansısa səbəbdən uzatdılar. Samirin Fəqan adlı sürücüsü Ceyhunun yeznəsini keçmiş MTN naziri Eldar Mahmudovun sürücüsü kimi qələmə verdi. Bundan sonra mənə 150 000 ABŞ dolları deyil, 80 000 manat veriləcəyini və həmin pulu da Elgün adlı şəxsin gətirəcəyini bildirdilər. Həmin şəxslərdən iki nəfəri evin müqabilində 50 000 manat verə biləcəklərini bildirdilər. Səhəri günü Elgün, Simyar, Ceyhun Qəbələ rayonuna gəldilər. Evi sənədləşdirəcəklərini bildirdilər. Ceyhun bildirdir ki,puldan 10 000 manat ona Makler pulu, 1000 manat isə köməklik etdiyi üçün Raminə çatacaqdır. Onlarla razılaşdım və notariat kontoruna gəldik. Simyar mənə 48900 manat pul verəcəyini, 8 ay sonra isə üstündə 20 000 manat olmaqla 70 000 manat aylıq isə 3500 manat ödəyəcəyimi bildirdi. Onunla 70 000 ABŞ dollarlıq borc müqaviləsinə, Elgünlə isə evin alqı-satqı edilməsini dedi. Öz növbəmdə notariat işçisindən xahiş etdim ki, 8 ay sonra 70 000 manatı qaytarandan sonra evimin özümə qaytarılması barədə akt tərtib etsin. Bununla bağlı Elgünlə mübahisəmiz yarandı. O buna razı deyildi. Akt tərtib olunub imza olunduqdan sonra məni çölə çıxardılar. Xəbərim olmadan aktı da cırmışlar. Notariusdan çıxarkən Ceyhun məndən pulu Vüqara verməyi tələb etdi. Bildirdi ki, o pul Samirə çatmalıdır. 48900 manatdan 10000 manat Ceyhuna, 1000 manat Raminə, 6450 ABŞ dollarını Eminə göndərdikdən sonra yerdə qalan məbləği Vüqarın maşınında Vüqara verdim. Həmin pullarla Bakı şəhərinə Vüqarla birgə gəldim. Samir Səfərova faizə götürdüyüm 10 000
manatın müqabilində 12 000 manat verib razılaşdıq. Vüqarın avtomobilini də özünə qaytardıq. Öz növbəsində Elgün DİN-in əməliyyat müvəkkili olduğunu, Simyar isə qardaşının hansısa türmədə rəis müavini işlədiyini bildirmişdir. Bu söhbətdən 4-5 gün sonra Vüqar mənə bildirmişdir ki, onun maşınını girovdan çıxardım. Mən isə bildirmişəm ki, axı onun avtomobilinin pulu üçün Samirə ödəniş etmişəm. Vüqar isə indi deyir, ki, avtomobili guya Elgünün qardaşının adına keçmişdir. Mənə olan söhbətlərdən də sonradan məlum oldu ki, Vüqar da Samir, Nadir qardaşları və digərləri ilə əlbir imiş.
Təxminən 2016-cı ilin əvvəllərində Bakı şəhərində olduğum zaman Elgün mənə zəng edərək harada olduğumu soruşdu. Ona Xətai rayonu ərazisində olduğumu bildirdim. Onlarla görüşdüm. Elgün məni yumruqla vurdu və məndən 170 000 ABŞ dolları tələb etdi. Əks təqdirdə Villamı alacağını bildirdi.
Yazıb Sizdən xahiş edirəm ki, qeyd olunan faktla bağlı cinayət işinin başlanılaraq mənə qarşı dələduzluq etmiş və məndən hədə-qorxu ilə tələb etmiş Ayaz Əliyev və digərlərinin barəsində müvafiq tədbirlər görülməsi, mənim zərərçəkmiş şəxs kimi tanınmağıma və mənə dəymiş maddi ziyanın və əmlaklarımın qaytarılmasına köməklik göstərilməsi barədə göstəriş verəsiniz.

Hörmətlə,

İmza: Hacıyev Səttar Arif oğlu

Qəbələ sakininin başına gələn DASTAN KİMİ OLAYLAR - İşin içində MTN-nin də adı keçir
Qəbələ sakininin başına gələn DASTAN KİMİ OLAYLAR - İşin içində MTN-nin də adı keçir
Qəbələ sakininin başına gələn DASTAN KİMİ OLAYLAR - İşin içində MTN-nin də adı keçir
Qəbələ sakininin başına gələn DASTAN KİMİ OLAYLAR - İşin içində MTN-nin də adı keçir
Qəbələ sakininin başına gələn DASTAN KİMİ OLAYLAR - İşin içində MTN-nin də adı keçir
Qəbələ sakininin başına gələn DASTAN KİMİ OLAYLAR - İşin içində MTN-nin də adı keçir

Şərhlər

XƏBƏR LENTİ