yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

"Sədərək Ticarət Mərkəzi"nin sahibi görün kim imiş - FOTO

8-06-2018, 09:14 886 dəfə baxılıb

“Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinə sədr təyin edildikdən sonra karqo qimətlərində artım baş verib”.

Xalqxeber.Az yenicag.az-a istinadən xəbər verir ki, bildirir ki, bu sözləri adlarının çəkilməsini istəməyən sahibkarlar deyib.

Onların verdiyi məlumata görə, əvvələr kubu 2.5 dollara gələn karqolar, artıq bahalaşaraq 3,5- 4 dollar olub. Sahibkarlar Karqo qiymətlərinin qalxmasının malların satışına da təsirini göstərəcəyini vurğulayıblar. Çünki, gətirilən hər malın satışa çıxma anına qədər xərcləri hesablanır və buna uyğun olaraq da qiymətlər təyin edilir.

Karqo şirkətlərindən səbəbləri öyrəndikdə, qeyri-rəsmi olaraq aldığımız cavab bu oldu: “36% vergidən əlavə, Gömrük “şapka” da istəyir. Buna görə də, daşımada qiymətin qalxması normal bir haldır”.

Böyük karqo şirkətləri ölkənin iki ən böyük bazarı sayılan Sədərək və Binə ticarət mərkəzlərində yerləşirlər. Həmin şirkətləri isə bazar rəhbərliyi ilə ya qohumluq, ya da hansısa bir bağ birləşdirir. Karqo şirkətlərindən yerində məlumat almaq isə mümkünsüzdür, sahibkarlar bildirir ki, ən adi bir narazılıq, artıq sual vermək mühafizəçilərin təhqiri, döyməsi, ən yaxşı halda isə Qaradağ rayon Polis İdarəsinə aparılmaqla nəticələnir.

Sədərək Ticarət Mərkəzində sahibarların təkcə narazılığı karqoların qiymət artımı ilə bağlı deyil. Son günlər bazarda mağazaların qarşısındakı jalüzlər sökülərək, yerinə şüşələr quraşdırılır. Belə baxanda burada qeyri-adi nəsə yoxdur. Hətta yaxşı hal sayıla bilər. Ancaq məsələnin bir əmması var.
Demək Sədərək Ticarət Mərkəzindəki mağazaların qarşısı 2 metr önə çəkilir. Bu da hər mağaza sahibinə 1670 manata başa gələcək. Mağazların önə çəkilməsi sıralar arasındakı məsafəni darlaşdıracaq, bu isə bazara gələn müştərilərin narahatlığına səbəb olacaq. Belə olan halda yanğın söndürmək üçün quraşdırılmış su kranları da mağazaların daxilində qalacaq. Əgər bazarda yanğın baş verərsə, yanğını sönürməzdən əvvəl mağazaların önündəki şüşələri sındırmaq lazım olacaq. Sahibkarlar bildirir ki, bazar rəhbərliyinin bu qərarı kiçik bir şey kimi görünsə də, əslində, bu addımla milyonlarla pul əldə edəcək.

Hər mağazanın 2 metr önə çəkilməsi, hazırda mağazaların sahəsinə, arenda qiymətlərinə təsir etməsə də, əldə etdiyimiz məlumata görə, bütün bazarda bu iş yekunlaşdıqdan sonra əlavə haqq tələb ediləcək.

Sahibkarlar qeyd edir ki, bazar rəhbərliyinin atdığı addıma qarşı çıxmaq olmur. Çünki rəhbərliyin saxladığı qoçu dəstəsi onları döyür. Sahibkarların dediyinə görə, yaxın günlərdə bazar rəhbərliyinin atdığı addıma görə etiraz aksiyası keçirən şəxslər analoji addımla üzləşiblər. Qaradağ rayon Polis İdarəsi isə Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin verdiyi əmrləri yerinə yetirir. Polis rəisi polkovniki Əli İbrahimovun Yusif Qədimbəylinin bacanağı olduğu bildirilir.
"Sədərək Ticarət Mərkəzi"nin sahibi görün kim imiş - FOTO
"Sədərək Ticarət Mərkəzi"nin sahibi görün kim imiş - FOTO


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ