SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Kişini arxanızca düşməyə vadar edən yoxlanmış üsullar

Kişini arxanızca düşməyə vadar edən yoxlanmış üsullar

Tarix:

27-02-2017, 13:14

/ 1 635 dəfə oxundu.
Kişini arxanızca düşməyə vadar edən yoxlanmış üsullar

1 - Pozitiv ol
Heç bir oğlan yanında tez-tez hər şeyə ağız əyən, mızmızlanan, hər şeyə bir qüsur tapan qızlardan xoşlanmazlar.
Pozitiv olan, olduğu mühitdən zövq alan və gülər üzlü qızlar hər zaman daha üstün tutular.

2 - Səmimi olmaqdan qorxma
Ona qarşı olan duyğularını bildirməyin səni kiçiltməz, əksinə ucaldar.
Tez-tez baxışmağınıza baxmayaraq, hələ tanışmaq cəhdi etməyibsə, ilk adımı sən ata bilərsən.

3 - Özünə inan
Heç bir şey özünə inam qədər cazibə yarada bilməz.
Dostlarının fikirləriylə hərəkət etməydən imtina et və nə qədər inandığını ona göstər.

4 - Təqlidçi olma
Məqsədin onun diqqətini çəkmək olduğuna görə bu yolla heç bir şey əldə edə bilməzsən.
Hərəkətlərinlə, geyim tərzinlə, danışığınla özünə xas ol, kimsəni təqlid etmə.

5 - Mədəniyyət qaydalarına əməl et
Ucadan gülüş, jarqon kəlimələr və saqqız şişirtmək - belə hərəkətlərlə olsan olsan onun yaxın dostu olarsan!

6 - Həddindən artıq makiyajdan uzaq olun
Yoxsa hər kəsin diqqətini çəkmək istəyən və özünə inamı olmayan bir qız obrazı yaradarsan.
Bu da səni məqsədindən uzaqlaşdırar.

7 - Dostlarını yaxşı seç
Nə demişlər: "Mənə dostunu söylə, sənə kim olduğunu söyləyim".

8 - Özünü inkişaf elətdir
Onunla bir yerdəykən danışacaq iki kəlimə belə tapa bilmirsənsə, münasibətiniz başlamadan bitər.
Xarici görünüşün qədər intellektual inkişafına da zaman ayır. Bol-bol kitab oxu.

9 - Bir az özündən razı ol
Heç kəsi vecinə almayan, özündən əmin qızlar hər zaman diqqət mərkəzində olar.
Əgər bunu bacarmırsansa, səssiz qalmağı üstün tut. Beləcə əsrarəngiz bir hava yarada bilərsən.

10 - Kompleksli olma
Bəzən özündə qüsur olaraq gördüyün şeylər ona çəkici gələ bilər.

11 - Mənalı baxmağı öyrən
Təbii ki, bu onu gözlərinlə taciz edəcəyin mənasına gəlmir.
Ona ondan xoşun gəldiyini bildirən bir baxış at, amma davamını gətirmə.

12 - Hər zaman baxımlı ol
Bunun mənası sadəcə makiyaj etmək demək deyil. Saçların, manikür və pedikürün həmişə yerində olsun.
Çantandan təcili anlar üçün bir nəmləndirici, parladıcı və əlbəttə seksi ətirini əksik etmə.

13 - Geyiminə diqqət et
Onun diqqətini çəkmək üçün bahalı və moda geyimlərə ehtiyacın yoxdur.
Dəyişik tərzləri qarışdıraraq, düzəltdiyiniz kombinasiyalarla yaradıcılığınızı göstərin.

14 - Dostlarıyla əlaqələrini yaxşı tut
Əsasən də can dostuyla!
Əgər dostunun gözünə girmisənsə, deməli bir problem yoxdur.

15 - Təbii ol
Bütün bu məsləhətlərə əməl edərkən, təbii olmağı unutma. Bunu bacarmayacaqsansa, heç etmə! Təbiiymiş kimi davranmaq əsasən də ilk görüşdə ediləcək ən büyük səhvlərdən biridir. Əgər səni təbii halınla bəyənməyəcəyini düşünürsənsə, yanılırsan deməkdir.
Oğlanların çoxu belə qadınlardansa, arada bir küfr edən, hətta dozunu qaçırmamaq şərtiylə baxımsız qadınları daha çəkici hiss etdiklərini etiraf edirlər.

Şərhlər

XƏBƏR LENTİ