XalqXəbər.Az

Göyçay RPŞ-nin yol polisi bölməsinə yeni rəis təyin edilib

yüklənir...
Göyçay RPŞ-nin yol polisi bölməsinə yeni rəis təyin edilib
27-02-2017, 12:57
yüklənir...

Göyçay rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinə 3 aydan sonra yeni rəis təyin edilib.

Nazir, general-polkovnik Ramil Usubovun əmri ilə bu vəzifəyə polis kapitanı İlkin Məmmədov təyin olunub.

O bundan əvvəl Göygöl rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin baş inspektoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Göyçay rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin sabiq rəisi, polis kapitanı Vüqar Qasımov yük avtomobili və taksi sürücüləri ilə düzgün davranmadığı üçün aralarında yaranan problemlər səbəbindən 2016-cı il oktyabrın 15-də rayon polis şöbəsinin qarşısında bir qrup şəxs tərəfindən təşkil edilən etiraz aksiyasından sonra tutduğu vəzifədən azad olunub. Həmin vaxt sürücülərin narazılığı da aradan qaldırılıb. V. Qasımov cəmi bir ay Göyçay rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisi vəzifəsində işləyib.скачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.