SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Həkimdən prezidentə şok dosye: "Ağstafa DYP rəisi bizi patentə oturdub" - yazısına DİN- dən təkzib

Həkimdən prezidentə şok dosye: "Ağstafa DYP rəisi bizi patentə oturdub" - yazısına DİN- dən təkzib

Tarix:

7-06-2018, 10:16

/ 1 633 dəfə oxundu.
Həkimdən prezidentə şok dosye: "Ağstafa DYP rəisi bizi patentə oturdub" - yazısına DİN- dən təkzib

DİN Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional
qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov:

- Qazax rayon sakini Mahir Yusubovun bəzi xəbər saytlarında yerləşdirilmiş müraciətində Ağstafa RPŞ-nin Dövlət Yol Polisi bölməsinin əməkdaşları barədə səslənmiş iddialar həqiqətə uyğun deyil və böhtan xarakterlidir və əslində bu, yol polisi-sürücü münasibətlərinə aid sıradan bir hadisənin mahiyyətinin təhrif olunmuş formada təqdimatıdır.
Bu şəxsi yol polisi əməkdaşları haqqında olduqca qərəzli və şantaj mahiyyətli məlumatlar yaymağa bu il mayın 29-da idarə etdiyi "Mercedes” markalı 10-ZO-226 dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması, baxış zamanı sürücü M.Yusubovun dostu- həmyerlisi Elşad Əzimovun avtomobili sərxoş halda idarə etməsi səbəb olub. Təbii ki, yol polisinin əməkdaşları tərəfindən bu fakt qanunvericiliyə uyğun olaraq sənədləşdirilib, sürücü E.Əzimov barəsində İnzibati Xətalar Maddəsinin müvafiq maddəsinə uyğun protokol tərtib olunmaqla sənədləri aidiyyatı üzrə Qazax RPŞ-yə göndərilib.
Həmin avtomobillə Mahir Yusubovun da əvvəllər yol hərəkəti qaydalarını dəfələrlə kobud şəkildə pozduğu, o cümlədən adıçəkilən nəqliyyat vasitəsini sərxoş halda, sürət həddini aşmaqla idarə etdiyi, bu zaman barəsində tətbiq olunan, ümumilkdə 818 manat məbləğində cərimələrin ödənilmədiyi nəzərə alınaraq sözügedən "Mercedes”in mühafizə olunan duracağa qoyulmasına dair qərar qəbul edilib və bu prosedur sürücünün iştirakı ilə həyata keçirilib, sonuncu barəsində tərtib olunmuş protokola hər hansı şəkildə etirazını da bildirməyib. Daha sonra M.Yusubovun cərimələri ödəmədən avtomobilini duracaqdan çıxarmaq cəhdləri nəticəsiz qaldığına görə o, mətbuatda böhtan xarakterli çıxışlar edir, yol polisi əməkdaşlarına böhtan atmaqla özünü təmizə çıxarmağa çalışır ki, bu da hüquqi məsuliyyət doğurur.

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ