yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

ƏSMM-də Heybət İmanov dövrü yenidən başlayır?

ƏSMM-də Heybət İmanov dövrü yenidən başlayır?
6-06-2018, 13:51 526 dəfə baxılıb

Füzuli Ələkbərovun korrupsioner olaraq ad çıxaran kadrının yenidən ƏSMM-ə “transfer” olunması nazirlikdə şok effekt yaradıb
Əmək və əhlinin sosial müdafiəsi naziri Sahil Babayevin nazirlikdə apardığı kadr islahatları və yerdəyişmələri bir çox maraqlı nüansları ilə yadda qalır. Belə ki, nazirlikdə əsasən keçmiş aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) kadrların vurulması daha çox islahatların ümumilikdə aparılmadığından xəbər verir.
Əjdər Cəbiyevin Səlim Müslümovun komandasında “kilid” isimlərdən biri olmaqla bərabər, nazrilik içində əsas korrupsiya şefi olduğu hər kəsə aydındır. Ancaq son həftələr nazirlik içindəki bəzi kadr dəyişikliyi və sürpiriz isimlərin yeni vəzifələrə təyinatı da çox maraqla qarşılanır.
Bu kadrlardan biri isə 2 həftə öncə Sahil Babayev tərəfindən nazirliyin daxili nəzarət şöbəsinin müdir müavini təyin edilən Heybət İmanov olduğunu deyə bilərik. Vaxtı ilə digər sabiq nazir Füzuli Ələkbərovun dövründə ƏSMM-in "Əjdər Ol"u rolunda çıxış edən Heybət İmanov Səlim Müslümovun nazir təyinatından sonra vəzifəsindən uzaqlaşdırılmışdı. O, ƏSMM-dən çıxarıldıqdan sonra Hesablama Palatasında şöbə müdiri müavini vəzifəsinə “transfer” olunmuşdu.
Nazirilk içindəki etibarlı mənbənin AzFakt.com-a verdiyi məlumata görə, Heybət İmanovun Palatadan nazirliyin daxili nəzarət şöbəsinə gətirilməsi bir çox şəxslərdə şok effekt yaradıb. Çünki Heybət İmanov Füzuli Ələkbərovun dövründə ƏSMM-də o qədər də yaxşı imic qazanmayıb. İddialara görə, Heybət İmanov o vatlar ƏSMM-də formalaşan korrupsiya qrupunun başında duranlardan biri olub. İndi isə bu şəxsin ƏSMM-də ən “kilid” bir şöbəyə gətirilməsi bəzi qaranlıq məqamlardan xəbər verir.
İnformasiya mənbəmiz iddia edir ki, Heybət İmanovun ƏSMM-in daxili nəzarət şöbəsinə “transfer” olunması nazir Sahil Babayevin planında olmayıb. Bu “transfer” nazirə təsir gücü olan müavinlərdən birinin təklifi və planı ilə baş tutub.

AzFakt.com


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ