yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Samir Şərifov üzərindəki “qara bulud”lar çəkildi? - seçkidən sonra şok gizlinlər...

Samir Şərifov üzərindəki “qara bulud”lar çəkildi? - seçkidən sonra şok gizlinlər...
6-06-2018, 10:36 308 dəfə baxılıb

Aprel seçkisindən sonra Nazirlər Kabinetinin tərkibi təsdiqlənərkən maliyyə naziri Samir Şərifov da komandada yer aldı; Bir müddət əvvəlki təhlükə sovuşmaqdadır...
Maliyyə nazirinin vəzifəsindən azad olunacağı gözlənilirdi. Hətta S.Şərifovun başı üzərində “qara bulud”lar dolaşanda media emissarlarına minnətçi düşmüşdü.
Nazir mətbuatda silsilə məqalələri tirajlanmasını bir neçə ay dayandırmağı istəmişdi. Elə ki təhlükə sovuşdu, “qara bulud”lar çəkildi, nazir köhnə əyyama qayıtdı.
S.Şərifovun siyasi hakimiyyət qarşısında özünü təmizə çıxarması, iqtidar əleyhinə heç bir kəşfiyyatla əlaqələrinin olmadığını sübuta yetirməsi və hökumətə sədaqətli olduğuna inandırması ona limit qazandırıb.
Maliyyə nazirinin seçkidən sonra postundan uzaqlaşdırılmaması məhz bu amillərlə əlaqələndirilir.
Hərçənd, üç ölkənin agenti, manatın qətli və ən əsası Beynəlxalq bank işində milyardların yoxa çıxmasına görə az qala həbsə gedə bilərdi.
Üstəlik, keçmiş bankir Cahangir Hacıyev məhkəmə zalından Şərifovu ittiham edirdi. Ölkənin maliyyə sistemini darmadağın edən və manatın qətlinə fərman verən, adı üç ölkənin agenti kimi çəkilən Samir Şərifov karyerasının ağır dönəmini yaşayırdı.
Onun vəzifəsindən getməsi an məsələsi ola bilərdi. Siyasi rəhbərlik hələ ki S.Şərifova sınaq müddəti vermişdi və bu möhlət dövründə nazirin özünü necə təqdim edəcəyindən çox şey asılı idi.
S.Şərifova aid olan bəzi bankların da son zamanlar sıxışdırılması ona yönəlik təzyiqlərin növbəti tərkib hissəsi idi.
Bəzi mətbu orqanlar yazırdı ki, fəaliyyəti dayandırılmış ANS telekanalında belə maliyyə nazirinin üç ölkənin agenti olması haqda sujetin yayımlanması bir çox mətləblərdən xəbər verirdi.
Son illərdə ANS efirində heç bir nazir bu şəkildə hədəfə alınmamışdı və telekanalın siyasi kursunun bir mərkəzdən gəldiyi də sirr deyil.
C.Hacıyevin məhkəmə çıxışlarında S.Şərifovu hədəfə alması da təsadüfi deyildi. Keçmiş bankir birbaşa naziri ittiham edir və onun yanında oturmalı olduğunu söyləyirdi.
Doğrudur, bankirlə nazir arasında ziddiyyətlər həmişə olub. Cahangir Hacıyevin həbsində də bu ziddiyyətlər də mühüm rol oynayıb.
Yəni Samir Şərifov hər fürsətdə onu “vurmağa” çalışan Cahangir Hacıyevin “kredit qalmaqalı” ilə büdrəməsindən yararlanaraq ona sarsıdıcı zərbə endirməklə rəqibini sıradan çıxara bilib.
Maliyyə naziri Samir Şərifov Azərbaycan Beynəlxalq Bankının yeni tərkibinin formalaşmasında ciddi zərbə aldı. Bu, xeyli zamandır yazılanlara təsdiq idi.
Müşahidə Şurasının əvvəlki tərkibində naziri 3 sadiq kadrı təmsil olunmuşdu və hər üçü də yeni tərkibdən uzaqlaşdırılıb.
Bu azmış kimi, ABB-də ən çox pay sahibi olan dövləti təmsil edən Maliyyə Nazirliyinə bu dəfə yalnız bir nəfər yer ayrılıb. O da nazir Samir Şərifovun digər müavini Emin Hüseynovdur.
Ancaq Emin Hüseynovun yuxarıda qeyd edilən tərcümüye-halından aydın görünür ki, o, Samir Şərifovun müavini olsa da, onun təsir dairəsində deyil.
Bundan başqa, o da iddia olunur ki, Samir Şərifovun birdən-birə şuradakı 3 təmsilçsinin “vurulması” da təsadüfi deyil və bunun çox ciddi səbəbləri var.
Maliyyə nazirinin ABB-dəki hökmranlığına son qoyuldu. Onun ABB-nin başına açdığı oyunlar Cahangir Hacıyevin məsuliyyətindən az olmayıb. Odur ki, S.Şərifov erası bitir və ABB yenilənir. Nazirin təsir imkanları azaldılır.

Fia.Az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ