SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ramiz Zeynalovla deputat balasından nazirə diaqnostik pislik – Video/Dosye

Ramiz Zeynalovla deputat balasından nazirə diaqnostik pislik – Video/Dosye

Tarix:

6-06-2018, 09:07

/ 1 479 dəfə oxundu.
Ramiz Zeynalovla deputat balasından nazirə diaqnostik pislik – Video/Dosye

Daxili İşlər naziri Ramil Usubovun təkmilləşdirməkdə, modernləşdirməkdə, neqativləri aradan qaldırmaqda olduğu polis sisteminə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov “çomaq soxmaqla” məşğuldur.

Reportyor.İnfo-nun verdiyi xəbərə görə, DİN rəhbəri çevik polis alayında və post patrul xidmətində köklü müsbət dəyişikliklər etsə də, eyni sözləri yol polis xidməti haqda söyləmək olmur.
Bunun səbəbi isə BDYPİ rəisi R.Zeynalovun qurduğu sistemdir ki, R.Usubovun imicinə, reputasiyasına və qurduğu sistemə xələl gətirməkdədir.
İstərsə sürücülük vəsiqələrinin satılması, istərsə cərimələrin rüşvətlə silinməsi, istərsə də yol polis əməkdaşlarının sürücüləri yeri gəldi-gəlmədi əsassız saxlamaları YPX-nın imicini zədələyib.
Hətta iş o yerə çatdı ki, son zamanlar sosial şəbəkələrdə yol polis əməkdaşlarının yayılan videolarına görə rəsmi səviyyədə açıqlama verildi, sürücülərə çəkiliş aparmamaq xəbərdarlığı edildi.
Ancaq bu qanunsuzluqlar və rüşvət bataqlığı təkcə yol polis xidməti ilə məhdudlaşmır. Elə bu günlərdə reportyor.info-nun Dövlət Yol Polis İdarəsinin Diaqnostika Mərkəzindən yaydığı kadrlar buna bariz nümunədir.
Mərkəzdə çəkilmiş videodan görünürdü ki, xidmət əməkdaşları vətəndaşlardan rüşvəti çəkinmədən açıq şəkildə alırlar.
Amma nə Mərkəz rəhbərliyi, nə də DYP tərəfindən həmin video ilə bağlı araşdırmalar başladıldı. Hətta araşdırmalar başlanıbsa da, bu haqda mediada gizlədilie.
Ən dəhşətlisi budur ki, Dövlət Yol Polis İdarəsinin Diaqnostika Mərkəzində bazar qaydalarının tətbiq olunmasında BDYPİ-nin rəis müavini Mübariz Şahbazov və onun mərkəzdəki emissarı Elşad Məmmədovun adı keçir.
İddialar ondan ibarətdir ki, Şahbazovla Məmmədov Diaqnostika Mərkəzini rüşvət yuvasına çeviriblər. Və bu bazarın başından duran Elşad Məmmədov Xocalının millət vəkili Elman Məmmədovun oğludur.
Reportyor.İnfo-nun verdiyi xəbərə görə, E.Məmmədov Xocalının icra başçısı olub, faciələrin şahididir, ağır günlərdən çıxıb. O, həmişə çıxışlarında Qarabağdan, Azərbaycana qarşı ədalətsizlikdən danışır.
Amma deputatın oğlu Azərbaycanda ədalətsizliklə məşğuldur. Videoda aydın görünür ki, qurumun əməkdaşı vətəndaşdan rüşvət alır.
Videodan görünür ki, mərkəzdə rüşvət əsas iş prinsipidir, bunun üçün hətta qeydiyyat kitabçası var.
Deputat isə açıqlamalarında haqq-ədalətdən danışır. Bu video sübutla bağlı araşdırma aparılmaması R.Usubovun fəaliyyətinə kölgə salır.
Bu video isə tək sübutdur. Əgər Mərkəzə video yerləşdirib canlı yayımla izləsək, hər gün onlarla vətəndaşdan necə rüşvət alındığına şahidlik etmək mümkündür.
Təəssüf ki, prezidentin və R.Usubovun çağırışlarına baxmayaraq, Diaqnostika Mərkəzi qeyri-rəsmi gəlirlərdən imtina edə bilmir, rəhbərliyi günbəgün oliqarxlaşır.
R.Zeynalovun nazirə təxribatı kimi qiymətləndirilən DYP-dəki xoşagəlməz mənzərənin aradan qaldırılması zərurəti var.
Çünki təkcə Diaqnostika Mərkəzi deyil, digər qurumlarda da rüşvət hallar var. Məsələn, Ağcabədidəki “MERO”dan yayılan video da buna sübutdur. Bu haqda növbəti yazılarda geniş məlumat verəcəyik.
Nazir R.Usubovun qurduğu modern, şəffaf və operativ idarəçilik sistemini demontaj etməkdə olan R.Zeynalov təzədən ölkənin yol polis fəaliyyətini bayağı, ələbaxımlı, soyğunçu şəklinə salaraq, polis imicinin reputasiyasını dağıdan alverçi obrazını qaytarmağa başlayıb.
Biz isə bir media olaraq sözügedən video ilə bağlı bütün tərəflərin mövqeyini çap etməyə hazırıq – deputatın, oğlunun, BDYP-nin, Mərkəz rəhbərliyinin…

REPORTYOR.info

Şərhlər

XƏBƏR LENTİ