SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Rövşən Rzayev qaçqınpulu yeyən şəbəkəni çökdürə biləcəkmi? - İTTİHAM

Rövşən Rzayev qaçqınpulu yeyən şəbəkəni çökdürə biləcəkmi? - İTTİHAM

Tarix:

5-06-2018, 10:29

/ 1 846 dəfə oxundu.
Rövşən Rzayev qaçqınpulu yeyən şəbəkəni çökdürə biləcəkmi? - İTTİHAM

Məlum olduğu kimi, bir müddət əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə Əli Həsənov Qaçqınlar və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edildi və onun yerinə millət vəkili Rövşən Rzayev təyin olundu.
Rövşən Rzayev işə başlayandan bir neçə gün sonra Repatriasiya Departamentinin direktoru Elman İsmayılovu və Mənzil İstismar Departamentinin direktoru Akif Mirzəyevin vəzifələrindən azad etdi. Yeni sədrin bu addımı məcburi köçkünlər tərəfindən böyük razılıqla qarşılandı.

Xatırladaq ki, Elman İsmayılov uzun illərdən bəri vəzifədə çalışsa da, Akif Mirəzəyev cəmi bir neçə il idi ki, həmin vəzifəni tuturdi. Ondan əvvəl isə Mənzil İstismar Departamentinin direktoru Pənah Əliyev idi. Uzun müddət mətbuatın gündəmindən düşməyən Pənah Əliyev yazılanlara görə, köçkünlərin yaşadığı ərazilərdə heç bir təmir, abadlıq, təmizlik işi apartdırmırdı. İşi-gücü müxtəlif adlar altında pul silmək və mənimsəmək idi. Bunun sayəsində çoxlu evlərə, villalara, bahalı maşınlara sahib olsa da, ona “qaşın üstə gözün var” deyən yox idi. Yalnız Əli Həsənovun nəvələrinin eyş-işrət məclislərindəki şəkillərini mətbuata ötürəndən və bu işin üstü açılandan sonra Komitə sədri onu işdən azad etdi. Onun yerinə gələn Akif Mirzəyev Əli Həsənova sadiq olsa da, pul mənimsəməkdə Pənah Əliyevdən heç də geri qalmırdı.

Faktinfo.az-a daxil olan məlumatda isə Elman İsmayılovdan xüsusi bəhs edilir. Əli Həsənova yaxınlığı ilə tanınan bu şəxs uzun illər “Qaçqınkom”da əməlli-başlı “at oynadıb”. Məlumata görə,Əli Həsənov özünün ən etibarlı adamı kimi, Bakıətrafı qəsəbələrdə, Goranboyda, Ağdamda, Ağcabədidə, Bərdədə, bir sözlə respublikanın hər yerində qaçqınlar və məcburi köçkünlər üçün tikilən evlərin bölünməsini, paylanmasını və əksər hallarda da satılmasını məhz Elman İsmayılova həvalə edibmiş.

Qeyd edək ki, bina evlərində, həm də həyət evlərində mənzillər əsasən 1,2,3 otaqlıdır. Həmin ərazilərdə yaşayanlar təsdiq edirlər ki, növbədənkənar ev almaq, əlavə daha bir otağa sahib olmaq,binalarda daha münasib mərtəbələrdə, həyət evlərində isə magistral yola, mərkəzə yaxın yerdə mənzil əldə etmək üçün 4-5 min arası pul tələb olunurdu. Həmin pullar yerli İcra Hakimiyyətləri və “Qaçqınkom”un rayon şöbələri tərəfindən toplanır və Elman İsmayılova verilirdi.İmkanı, bir neçə evi, obyekti olan elə köçkünlər var ki, “Qaçqınkom”un xətti ilə də mənzil alıb. Ancaq on minlərlə imkansız köçkün ailələri var ki, hələ də yataqxanalarda, daxmalarda, xarabalıqlarda yaşayırlar. Bütün bunların günahkarı isə Elman İsmayılov daxil olmaqla Qaçqınlar və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin keçmiş rəhbərliyidir.

Komitənin yeni sədri Rövşən Rzayevə böyük ümidlər bəsləyən bir qrup məcburi köçkün maraqlı təklif irəli sürüb.Onlar istəyir ki, komitədə yeni işə başlayan şəxslərdən ibarət komissiya yaradılsın və həmin komissiya üzvləri köçkün şəhərciklərində sakinlərlə görüş keçirsin.

Bildirilsin ki, mənzil alarkən kim nə qədər pul veribsə, bu barədə komissiyaya müraciət olunsun. Həmin pulların geri qaytarılacağına təminat verilərsə, sözsüz ki, hər kəs öz haqqını tələb edər. Əgər bu iş baş tutarsa, qaçqın və köçkünlərdən milyonlarla manat vəsait toplandığı üzə çıxar.

Bu komissiyanın yaradılması gerçəkləşərsə, onda Elman İsmayılov çətin durumda qalar.

Məsələ ilə bağlı Elman İsmayılovun mövqeyini öyrənməyə cəhd etsək də, çoxsaylı zənglərimizə cavab verilmədi.

Şərhlər

XƏBƏR LENTİ