SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis müavininə müdhiş ittihamlar

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis müavininə müdhiş ittihamlar

Tarix:

5-06-2018, 10:04

/ 2 283 dəfə oxundu.
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis müavininə müdhiş ittihamlar

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis müavini Xudayət Həsənli barəsində ANAXEBER.az saytına maraqlı məlumatlar daxil olub. Qeyd edək ki, Xudayət Həsənli bu vəzifəyə təyin olunmamışdan əvvəl Kənd Təsərrüfatı Nazirliyində (KTN) hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. Məlumatlarda deyilir ki, keçmiş nazir Heydər Əsədovun kadrı kimi tanına Xudayət Həsənlinin daha yüksək vəzifəyə təyinat alması KTN-də təəccüblə qatşılanıb. Nazirliyin əməkdaşları Xudayət Həsənlinin də işdən çıxarılcağını gözləyirmiş.
Bildirilir ki, onun yarıtmaz fəaliyyəti həmkarlarında belə qənaətin formalaşmasına səbəb olub. Məlumatda həmçinin iddia edilir ki, Xudayət Həsənli Nazirlər Kabinetində işləyərkən yol verdiyi nöqsanlara görə işdən xaric edilib. Daha sonra o, Müəllif Hüquqları Agentliyi (MHA) hüquq şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Lakin bu vəzifəsindən xaric edilib. KTN-də işə götürülərkən isə əmək kitabçasını dəyişib. İddialara görə, Xudayət Həsənli çalışdığı yerlərdə intriqant kimi tanınıb.
O, KTN-nin hüquq şöbəsinin müdiri olarkən də qanunsuzluğa yol verib. Bu barədə Anar Əsədov adlı şəxs moderator.az saytına göndərdiyi məktubda yazıb. Həmin məktubu ixtsarla təqdim edirik:
“Mən Əsədov Anar Əsədulla oğlu Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilmiş müsabiqədə uğurla iştirak edərək Kənd Təsərrüfatı Nazirliyinin Hüquq, kadr və yerli orqanlarla iş şöbəsinin baş məsləhətçisi vəzifəsinə keçmişəm. 16 iyul 2016-cı il tarixində mən bütün namizədlərlə birgə nazirlə görüşdə iştirak etdim və həmin görüşdə nazir şəxsən mənimlə söhbəti zamanı 2-ci dərəcəli dövlət qulluqçusu olmağımı, əvvəllər hüquq ixtisası üzrə digər dövlət orqanlarında işləməyimi əsas götürərək barəmdə müsbət fikir söylədi və bildirdi ki, 2 həftə işə gəl və sonra əmrin veriləcək.
Bildirirəm ki, həmin müddət ərzində nazirliyin hüquq şöbəsinin müdiri Xudayət Həsənlinin verdiyi bütün tapşırıqları tam şəkildə yerinə yetirdim. Lakin Xudayət müəllim elə ilk günlərdən hüquqi biliyimi, iş bacarığımı yoxlayıb qiymət vermədən mənə bir neçə dəfə bildirdi ki, sənin imtahanla keçdiyin baş məsləhətçi vəzifəsi tutulub, yəni həmin vəzifədə imtahandan kənar müqavilə ilə işçi işləyir, bu səbəbdən də sən heç bir işlə təmin edilməyəcəksən. Mən ondan soruşanda ki, ştat üzrə baş məsləhətçi vəzifəsi vakantdır və həmin vəzifə müsabiqəyə çıxarılıb, nə üçün həmin yerə dövlət qulluğu yolu ilə imtahandan keçdiyim halda mən yox, hansısa qeyi-qanuni yollarla: tanışılıqla, yaxud tapşırıqla həmin vəzifəyə işçi təyin olunub və həmin şəxs qanunsuz olaraq əmək müqaviləsi üzrə həmin vəzifədə işləyir. Şöbə müdiri isə mənə bunun sənə aiddiyyatı yoxdur, istəyərəm həmin vəzifəni sataram, istəyərəm vakant saxlayaram, özüm bilərəm, necə istəyirəm elə də edirəm cavabını verdi. Maraqlısı budur ki, bütün bu qanunsuzluğu Hüquq şöbəsinin müdiri nazirdən xəbərsiz həyata keçirib”.

ANAXEBER.az

Şərhlər

XƏBƏR LENTİ