SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycanın ən zəngin icra başçısı... - İDDİA

Azərbaycanın ən zəngin icra başçısı... - İDDİA

Tarix:

4-06-2018, 13:14

/ 2 144 dəfə oxundu.
Azərbaycanın ən zəngin icra başçısı... - İDDİA

"Azərbaycanın ən zəngin icra başçısı şəksiz Qaradağ RİH rəhbəri Süleyman Mikayılovdur". Bunu DİA.AZ-a açıqlamasında məlumatlı mənbə bildirib. Qaynaq sözünə belə davam edir:

"Süleyman Mikayılov kənardan fərqli görünə bilər. Çünki belə təlimat alıb. Bəlkə də başqaları Bakının digər rayonlarının və yaxud da Bakı meri olmuş Hacıbala Abutalıbovu ən zəngin, daha çox gəlir əldə etmiş icra başçısı kimi xarakterizə edərdi. Amma əslində, Süleyman Mikayılovun təkcə Qaradağ rayonu ərazisindəki daş karxanalarından əldə etdiyi gəlirlər, istənilən icra başçısının büdcədən oğurladığının yanında qat-qat çoxdur. Burada söhbət milyonlardan - aylıq əldə edilən milyonlardan gedir".

Mənbə bildirir ki, Süleyman Mikayılov hətta qazancının müəyyən hissəsindən bu illər ərzində keçməli olsa da, yenə də ən səngin icra başçısı hesab olunur: "Onun təxminən 300 milyon manatdan artıq sərvəti var ki, bunun da müəyyən hissəsi daşınmaz əmlak formasındadır. Qaradağın başçısı təkcə Azərbaycanda yox, İngiltərədə və Türkiyədə də əmlaka sahibdir. Bu yaxınlarda isə Amerikada villa satın alıb ki, bu villanın da qiyməti 2 milyon dollardan artıqdır".

Onu da qeyd edək ki, əslində Süleyman Mikayılovun hansı şəraitdə belə bir varidata malik olmasını təxmin etmək o qədər də çətin deyil. Elə buna vurğu verən mənbə bildirir ki, Süleyman Mikayılov məhz "fövqəlnazir"in çətiri altında olması səbəbindən bunca imkanlar əldə edib: "Son zamanlar isə Kəmaləddin Heydərov adamlarını bir-bir qurban verməli olur. Yəqin ki, bu sırada Süleyman Mikayılovun da adını görəcəyik. Amma o, canını təkcə vəzifəsini itirməklə qurtarmayacaq. Hər halda qazanılan milyonlar onun yox, dövlətindir. Və dövlətə də geri qayıtmalıdır".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ