SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Fövqəlnazir”i sıxırlar: Vüsal Novruzov erasının bitməsinin pərdəarxası...

“Fövqəlnazir”i sıxırlar: Vüsal Novruzov erasının bitməsinin pərdəarxası...

Tarix:

1-06-2018, 17:30

/ 2 467 dəfə oxundu.
“Fövqəlnazir”i sıxırlar: Vüsal Novruzov erasının bitməsinin pərdəarxası...

Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti generalı Vüsal Novruzovun sərəncama götürülməsi böyük səs-küyə səbəb olub

Sosial şəbəkə üzərindən xəbərə görə, V.Novruzov erasının bitməsi müzakirələr açıb. Generalın vəzifədən çıxarılmasına müxtəlif versiyalar səslənir.

Bəzi ehtimallara görə, fövqəladə hallar nazirinin “sağ əli” olan V.Novruzovun gömrükdən uzaqlaşdırılması Kamaləddin Heydərovun sıxışdırılmasına bağlıdır.

Başqa versiyalar isə prezidentin seçkiyə bir gün qalmış gömrükdəki dilənçilik, rüşvət halları haqda açıq və sərt çıxış etməsi ilə əlaqələndirilir. Ondan sonra gömrük sökülüb.

DGK sədri Aydın Əliyev azad edildi, dərman mafiyası ilə əlbir olan generallar saxlandı, hava limanı gömrük rəisi ifşa edildi.

Ardınca Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti generalı Vüsal Novruzov və Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Baba Salayev sərəncama götürüldülər.

Bu domino effekti ilə baş verənlər gömrüyün təpədən-dırnağa qədər dəyişməkdə olduğunu göstərməkdədir.

Görünür ki, prezident Azərbaycanın qapısındakı rüşvəti, biabırçılığı daha görmək istəmir və kökündən kəsir.

Eyni zamanda K.Heydərov üçün bir sınaq müddəti başlandığını ehtimal etmək olar. Siyasi rəhbərlik generalları dəyişərək şəffaf gömrük sistemi yaratmağı şərt qoyub.

Üstəlik, FHN şefinin sıxışdırılmasını da müşahidə etmək mümkündür. Əvvəlcə “Gilan” holdinqin müəssisələri “Paşa” holdinqin balansına keçməyə başladı.

Hətta “Caspian fish”ə alternativ olaraq “Pasa factory” təsis olundu. Sonra alpinistlərin işi, qayıqda meyitlərin tapılması ilə bağlı FHN tənqid atəşinə tutulmaqdadır.

Son zamanlarda isə gömrük generalları haqda xəbərlər, onların biznesi, fəaliyyəti de-şifrə olunurdu, əməllərindən bəhs edilirdi.

Sosial şəbəkə üzərindən xəbərə görə, V.Novruzov erasının bitməsi K.Heydərov üçün ciddi itki olub. Görünür ki, nazirdən general uzaqlaşdırması istənilib.

Bu prosesdə isə V.Novruzovun maliyyələşdirdiyi iddia edilən bəzi media qruplar, xəbər portalları ciddi təşviş içindədir.

Çünki onun yerinə təyin olunan Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Gömrük İdarəsinin rəisi İsmayıl Hüseynovun həmin media ilə işləyəcəyi, maliyyənin azalacağı yoxsa saxlanacağı qeyri-müəyyəndir.

Həmin media orqanlarına ayrılan maliyyə isə gömrükdəki qeyri-leqal, inhisarçılqıdan əldə olunan gəlirlər hesabına idi.

Ümumiyyətlə, V.Novruzovun general rütbəsi və milyonlar sahibi olmasında K.Heydərovun əməyini danmaq olmaz.

Qısa zamanda böyük var-dövlət sahibinə çevrilən generalın monopoliyanın yaranmasında xidmətləri az deyil.

Onun nəzarətində olan gömrüydə baş verən qanunsuzluq ölkə iqtisadiyyatında öz təsirini göstərib. V.Novruzovun Bakı Gömrüyündə tətbiq etdiyi qaydaları sadə vətəndaşlar belə bilirdi.

Məsələn, onun ölkəyə gətirilən və qanunla dövlət rusumu 2000 manat təşkil edən mallara 20000 manat alması fakt idi. Gömrükdə rüsumların ödənişi zamanı heç bir rəsmi sənədləşmə aparılmırdı.

Aydındır ki, V.Novruzovun tələb etdiyi rüşvəti rəsmiləşdirmək mümkün deyildi. Bakı Gömrük şefinin tələb etdiyi qanunsuz rüsum haqqına etiraz edənlərin malları aylarla karqolarda qalırdı. Və sonda Novruzovun tələbləri yerinə yetirilirdi.

Bundan sonra necə olacağını söyləmək çətindir. Hər halda İ.Hüseynov V.Novruzov yolunu getməməlidir ki, etimadı doğrultsun, prezidentin tələbini yerinə yetirsin.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ