SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Muxtar Babayev Firdovsi Əliyevlə vidalaşır? - İDDİA

Muxtar Babayev Firdovsi Əliyevlə vidalaşır? - İDDİA

Tarix:

1-06-2018, 17:10

/ 2 696 dəfə oxundu.
Muxtar Babayev Firdovsi Əliyevlə vidalaşır? - İDDİA

Yeni nazir istənilən vaxt birinci müavinin sənədini ölkə prezidentinə təqdim edə bilər

Ekologiya və təbii sərvətlər naziri vəzifəsinə təyin edilən Muxtar Babayevin də nazirlikdə kadr islahatlarına strat verəcəyi barədə oxucularımıza məlumat vermişdik. Bildirmişdik ki, nazir ilk kadr dəyişikliyini nazirliyin Aparat rəhbəri Rövşən Cəlilovla başlayacaq. Keçən həftə nazirliyin Aparat rəhbəri yaş həddinə görə vəzifəsi ilə vidalaşmalı oldu.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan məlumata görə, Muxtar Babayev kadr dəyişikliyinə “yuxarıdan aşağı” başlamaq niyyətindədir. Yeni nazirin hədəfindəki əsas kadrlardan biridə hazırda birinci müavin vəzifəsini tutan Firdovsi Əliyev olduğu iddia edilir.

Nazirlikdəki mənbənin bildirdiyinə görə, prezidnetin təyinatı ilə birinci müavin təyin olunan Firdovsi Əliyev heç də hazırkı durumundan razı deyil. Çünki istənilən an Muxtar Babayev Firdovsi Əliyevin işdən çıxarılma təqdimqatını ölkə rəhbərinə göndərə bilər.

Verilən məlumatda iddia edilir ki, meşə təsərrüfat idarələrini kurasiya edən Firdovsi Əliyevin imici o qədərdə müsbət deyil. Nazir Muxtar Bababyev meşə təsərrüfat idarələrində baş alıb gedən qanunsuzluqların qarşısını ala bilməkdə aciz olan Firdovsi Əliyevlə işləməkdədə maraqlı deyil. Mənbə iddia edir ki, onun işdən çıxarılması barədə qərar yaxın günlərdə rəsmən açıqlanacaq.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

AzFakt.com

Şərhlər

XƏBƏR LENTİ