SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » 5 kəndin sakinləri Vasif Talıbova niyə müraciət etdi? - ŞİKAYƏT

5 kəndin sakinləri Vasif Talıbova niyə müraciət etdi? - ŞİKAYƏT

Tarix:

27-02-2017, 09:26

/ 1 416 dəfə oxundu.
5 kəndin sakinləri Vasif Talıbova niyə müraciət etdi? - ŞİKAYƏT

Naxçıvanda içməli suların ekoloji çirklənməyə məruz qalması haqqında bir neçə dəfə yazı dərc edilib. Mütəxəxsislərin və aidiyyəti qurumun bu məsələ ilə bağlı mövqeyi, problemi aradan qaldırmaq üçün hansı tədbirlər görülə biləcəyi haqqında məlumatlar verilib.
Mütəxəssis rəyi əsasında Babək rayonunun Cəhri, Kəngərli rayonunun Xok, Şahtaxtı və Qıvraq kəndlərindəki kəhrizlərdə çirklənmələr getdiyini və bu suların içilməsinin təhlükəli olduğunu yazmışdıq. Bundan sonra adı çəkilən rayonların icra hakimiyyətlərinin iştirakı ilə su mənbələrinə baxış keçirilməsi,AMEA Naxçıvan bölməsinin Təbii Ehtiyatlar Hidrogeologiya və mineral sular laboratoriyasına bir sıra mənbələrdən su nümunələrinin götürülməsi haqqında da məlumatlar vermişdik.
AMEA Naxçıvan bölməsindən bildirilmişdi ki, Babək rayonunun ərazisində yerləşən bir sıra mənbələrdən su nümunələri gətirilib. Bura Qaraçuq çeşməsi, Cəhri çeşməsi I və II, Tumbul çeşməsi I və II, Sirab mineral su yatağının 9 və 12 saylı quyusu, Sirab su anbarı, Bulqan kanal suyu, Zeynəddin, Kültəpə, Məmməd Rza-Dizə artezian suları, Vayxır su anbarından götürülən su nümunələri daxildir.
Redaksiyamıza bu günlərdə verilən məlumata görə, Babək rayonu Cəhri kəndi Məşədi Abbas kəhrizinin ilkin mənbəyindən su nümunəsi götürülüb və aparılan analizin nəticəsi bu olub ki, bu kəhrizin suyu müalicəvi süfrə suyudur.
Əvvəlki yazılarımızda bu mövzu ilə əlaqədar danışan Naxçıvan Dövlət Universitetinin Coğrafiya kafedrasının müdiri Əli Həsənov demişdi ki, Babək rayonunun Payız və Cəhri kəndlərindən keçən Cəhri çayına hər iki kəndin çirkab suları axıdılır. Məşədi Abbas və Çimən kəhrizləri isə həmin çayaltı yatağa vurulmuş kəhrizlər olduğuna görə, onlarda çirklənmələr gedir. Mütəxəssi demişdi ki, belə kəhrizlərin mühafizəsinə mütləq ehtiyac var.
Kənd sakinləri isə Məşədi Abbas bulağının gözündən yox, evlərə paylanan hissəsindən su nümunələrinin götürülməsini arzulayırlar.
Əli Həsənovla təkrar söhbətimizdə də alim kənd sakinlərini bu istəkdə haqlı saydı: “Məşədi Abbas kəhrizi təmiz sudu, çınqıldan, qumdan süzülür, 1960-65-ci bu illərdə xəndəklər qazılıb bu kəhrizin ətrafı da örtülüb. Doğrudur, bir hissəsi vaxtilə açıq idi, biz məsələ qaldırdıq, o hissə də örtüldü. O suyun qorxusu yoxdur, yüngül sudur, içməlidir, təmizdir, minerallaşması aşağıdır”.
Mütəxəssis dedi ki, o kəhrizdən ki, evlərə su xətləri çəkilir, orada turba qırıla bilər, möhkəm bərkidilməz, su çəkiləndə oğurluq çəkilər, tam qaynaq olunmaz və sair bu halda içməli sulara kənardan çirkli sular qarışar: “Ona görə də su nümunəsi lap axırdan götürülməlidir. Əlbəttə Naxçıvanda bütün sular çıxdığı mənbədə təmizdi və içmək üçün yararlıdır. Amma bir az axdıqdan sonra ekoloji problem oradan yaranır. Suyun mənbə hissəsində heç bir problem olmaz. Məsələn, biz deyirik kür çayı Gürcüstan, Araz Ermənistan tərəfindən çirkləndirilir. Bəs Türkiyə niyə deyilmir? Çünki mənbəyi Türkiyə olan bu sular tərtəmiz olur, çirkləndirlilmir. Çay mənbədə yox, mənsəbə girəndə çirklənməyə məruz qalır. Ona görə də hesab edirəm ki, Məşədi Abbas kəhrizinin hansı hissəsində ekoloji çirklənməyə məruz qalır, o hissədən nümunə götürülüb, analiz olunmalı və müvafiq tədbir görülməlidir, eləcə də adı çəkilən, ekoloji çirklənmə gedən digər su mənbələrində bu prosedur aparılmalıdır”.
Məsələ ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinə, MR-nın Səhiyyə Nazirliyinə, Sanitar Epidemiologiya Mərkəzinə müraciət etmək istədik. Lakin təəssüf ki, blokada şəraitində yaşayan Muxtar Respublika həm də informasiya blokadasındadır. İnternet üzərindən araşdırmamızdan məlum oldu ki, MR-nın dövlət qurumlarının saytlarında telefon əlaqələri üçün nömrələr yazılmayıb, yalnız elektron müraciət üçün yer qoyulub. Elektron müraciətlərə isə cavab verilmir.
Odur ki, biz yuxarıda adı çəkilən, ekoloji çirklənməyə məruz qalan su mənbələri ilə əlaqədar sakinlərin müraciətini bizim vasitəmiz ilə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova ünvanlayırıq: “Cənab Vasif Talıbov, suyumuza çirkab qarışır, bizi suyla zəhərləyirlər, dadımıza çatın, amanımıza yetişin”.

Hurriyyet.org

Şərhlər

XƏBƏR LENTİ