SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Səlim Müslümovun saxta diplomlu kadrı Nəsibova Günel hansı xüsusiyyətinə görə əvəzolunmazdır

Səlim Müslümovun saxta diplomlu kadrı Nəsibova Günel hansı xüsusiyyətinə görə əvəzolunmazdır

Tarix:

25-05-2018, 09:46

/ 4 151 dəfə oxundu.
Səlim Müslümovun saxta diplomlu kadrı Nəsibova Günel hansı xüsusiyyətinə görə əvəzolunmazdır

Sabiq nazir Səlim Müslümovun sədaqətli kadrlarından biri də Nəsibova Günel Rasim qızıdır.

Mediatv.az-a verilən məlumata görə Müslümov hələ Dövlət Sosial Müdafiə Fonduna rəhbərlik etdiyi zaman Nəsibova onun "sağ əli"(Daxili Nəzarət şöbəsinin müavini), yəni pulyığanı olub. DSMF Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdiriləndə də onu yanına aparıb, Nazirliyin Daxili Nəzarət Şöbəsində sektor müdiri vəzifəsinə təyin edib. Nəsibova DSMF-də və ƏƏSMN-də işləyərkən saatlarla Əjdər Cəbiyevin kabinetini tərk etməyən şəxs olub. İnformatorumuz həmçinin qeyd edir ki, özünün diplomu saxta olan Nəsibova yüzlərlə müştəriyə saxta əlillik, pensiya, ünvanlı yardım təyin olunmasını təşkil edib.

Təəssüf ki, bu gün də şöbə müdiri vəzifəsini icra edən və təyin olunmasında israrlı olan Nəsibova özünü az qala hamıya Nazirlikdə yeni təyin olunmuş aparat rəhbərinin adamı kimi təqdim edir. O da bildirilir ki, Günel xanım sistem daxilində, yəni Nazirliyin struktur vahidləri olan yerli idarələrin (DSMF, TSEK və s.) rəhbərləri sırasından nöqsan və səhlənkarlığa yol verənləri, barəsində vətəndaşlardan şikayətlər daxil olan vəzifəli şəxslərlə "Məşədi İbad" oyunu oynayır, yol verdikləri qanunsuzluqları "ört - basdır" edəcəyini vəd edərək əvvəlki ənənələrini davam edir. İnanmaq istəyirik ki, təzə nazir cənab Sahil Babayev başladığı kadr islahatını uğurla davam etdirəcək və rəhbərlik etdiyi hökumət strukturunu G.Nəsibova kimi "adamlı adamlardan" təmizləyəcək.

Mediatv.az

Şərhlər

XƏBƏR LENTİ