yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Ceyhun Bayramovun təklifi narazılıqlara yol açdı: - Ciddi fəsadlar yaradacaq

Ceyhun Bayramovun təklifi narazılıqlara yol açdı: - Ciddi fəsadlar yaradacaq
24-05-2018, 09:56 548 dəfə baxılıb

Ötən həftə təhsil naziri Ceyhun Bayramov fənn olimpiada qalibləri ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsinə dair təkliflər planının hazırlandığını bildirdi. Qeyd etdi ki, Təhsil Nazirliyi beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, Respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilməsi ilə bağlı təkliflər hazırlayıb.

Maraqlıdır, fənn olimpiada qaliblərinin ali təhsil müəssisələrinə imtahansız qəbul olunması təklifi nə qədər perspektivli ola bilər? Sputnik Azərbaycan təhsil ekspertləri ilə bu suala cavab axtarıb.

Sualımızı cavablandıran təhsil eksperti Kamran Əsədov əvvəlcə Respublika fənn olimpiadalarının mahiyyəti barədə danışıb: "Ümumtəhsil müəssisələrinin 9-11-ci sinif şagirdləri arasında ayrı-ayrı fənlər üzrə keçirilən fənn olimpiadalarının məqsədi xüsusi istedadı olan şagirdlərin aşkarlanmasıdır".

Ekspert daha sonra beynəlxalq olimpiadalar barədə məlumat verib: "2009-cu ildə qəbul edilmiş "Təhsil haqqında" Qanunun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Yəni bu təklif ölkədə 9 ildir ki, tətbiq edilir və hər il böyük sayda insan bu hüquqdan istifadə edir. Təkcə 2017-ci ildə "Ali məktəblərə müsabiqədənkənar qəbul olunmaq üçün Dövlət İmtahan Mərkəzinə 54 nəfər müraciət edib. Onlardan 7-si musiqi sahəsi üzrə, 47-si isə idman sahəsi üzrə olub".

K.Əsədov yerli olimpiada qaliblərinin ali məktəblərə müsabiqəsiz qəbul edilməsi təklifini düzgün hesab etmir: "Çünki Azərbaycanda Təhsil Nazirliyi tərəfindən həyata keçirilən olimpiadalar — təqdim edilmiş test tapşırıqları, suallar dünya standartlarına cavab vermir. Eyni zamanda yerli olimpiadanın təşkili, yoxlanması problem şəraitində həyata keçirilir. Bəzi hallarda haqsızlıq da olur".

"Bundan əlavə, "Təhsil haqqında" Qanunda yerli olimpiadanın nəticələri əsasında qəbul nəzərdə tutulmur. Bir sözlə, ali məktəblərə qəbul aparmaq üçün bu kimi vasitələrə əl atmaq lazım deyil" — həmsöhbətimiz vurğulayıb.

Ekspert yeni təklifdə beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə ali məktəbə qəbul ola biləcəyinin nəzərdə tutulduğuna da diqqət çəkir. Qeyd edir ki, bu, ümumiyyətlə düzgün yanaşma deyil: "Belə çıxır ki, kimsə kimya üzrə qalib olsa, gedib hüquq təhsili ala bilər? Təhsil nazirinin təklif etdiyi yenilikdə təkcə hüquqları pozulan olimpiada aparılmayan fənlər deyil, eyni zamanda rus və ingilis bölməsində təhsil alan şagirdlərdir. Bildiyiniz kimi, olimpiadalar ancaq Azərbaycan bölməsi üçün həyata keçirilir. Rus və digər bölmələrin şagirdləri isə burda iştirak edə bilmirlər".

Kamran Əsədov düşünür ki, belə təklifdənsə, qəbul imtahanlarını sadələşdirmək lazımdır: "Ali təhsili əlçatan etmək olar. Amma hər bayağı, əsası olmayan təkliflə bunu etmək lazım deyil. Hesab edirəm ki, nazirlik təhsildə əsaslandırılmış təkliflərlə çıxış etməli, ciddi struktur islahatlarına getməlidir. Gündəm və publika üçün heç bir əsası olmayan ifadələr işlətməyə ehtiyac yoxdur".

Təhsil eksperti Məlahət Mürşüdlü də bu təklifin yolverilməz olduğunu düşüünr: "Bu, birbaşa neqativliyə yol açan haldır. SSRİ dövründə məktəblilər üçün qızıl, gümüş medallar var idi. Praktikada gördük ki, bu medallar heç də layiqlilərə verilmirdi. Hər kəs bir yol tapıb, məhz həmin medallara yiyələnməyə çalışırdı. Ən dəhşətlisi isə o idi ki, mübarizə biliklə yox, müxtəlif vasitələrlə aparılırdı".

"Bilikdə heç bir güzəşt olmamalıdır. Yeni qərar olarsa, onlar da məhz həmin medallar kimi nəticələnəcək. Hər kəs müxtəlif üsullarla bu nəticəni almağa çalışacaq. Olimpiadada iştirak edib, medal və sertifikat gətirəcəklər ki, güzəştləri olsun. Bu da təhsilə əksinə olaraq mənfi təsir edəcək", — M.Mürşüdlü vurğulayıb.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

25-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ