yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Sabunçuda cinayətkar şəbəkə - Məhkəmənin hakimi Vaqif Həsənov və Apellyasiyanın sədri onlara himayədarlıq edir

Sabunçuda cinayətkar şəbəkə - Məhkəmənin hakimi Vaqif Həsənov və Apellyasiyanın sədri onlara himayədarlıq edir
23-05-2018, 22:24 646 dəfə baxılıb

Sabunçu rayonundan Realliq.info saytına ilginc məlumatlar daxil olub. Onlarla sakinin saytın redaksiyasına ünvanladığı məktubda qeyd olunur ki, rayonun Nardaran və digər kəndlərində qanunsuz torpaq ticarəti ilə məşğul olan bir qrup maklerə Sabunçu rayon məhkəməsinin hakimi Vaqif Həsənov və onun qohumu və yerlisi Bakı Apellyasiya məhkəməsinin sədri İman Nağıyev himayədarlıq edir.

Realliq.info – nun əməkdaşının apardığı araşdırmalar zamanı məlum olub ki, Sabunçu rayonu ərazisində torpaq alan vətəndaşlar bir müddət sonra bir qrup şəxs tərəfindən təzyiqlərlə üzləşirlər. Torpaq sahibinin qanuni sənədləri olmasına baxmayaraq, onlar həmin qrup tərəfindən Sabunçu rayon məhkəməsinə cəlb edilirlər. Torpağın kimə aid olması məsələsini Sabunçu rayon məhkəməsinin hakimi Vaqif Həsənov həll edir. Maraqlıdır ki, rayon ərazisində bütün bu kimi proseslər – məhkəmə işləri V.Həsənova həvalə edilir.
Sabunçu rayon məhkəməsinə sənədləri təqdim edən vətəndaşlar qanuni qərarın çıxarılacağına ümid edir. Lakin, Vaqif Həsənov torpaq işbazlarının saxta sənədini tanımaqla qanuni torpaq sahiblərini çərasiz duruma salıb. Bundan sonra, Sabunçu məhkəməsinin qanunsuz qərarından apellyasiya şikayəti verən vətəndaşlar oxşar haqsızlıqla üzləşməli olublar. Bakı Apellyasiya məhkəməsinin sədri, Vaqif Həsənovun qohumu İ.Nağıyev qanunsuz qərarı qüvvədə saxlayır. Bu yolla qanunsuzluq edən maklerlərlə işbirliyi quran hakimlər saxta sənədləri tanımaqla bəhrələnirlər. Sayta yazan vətəndaşlar bildirir ki, hər belə prosesə görə Vaqif Həsənova və digər himayədarlara 5 min manat dəyərində “hörmət edilir”.
Sabunçu məhkəməsinin hakimi və Bakı Apellyasiya məhkəməsinin sədri İman Nağıyevin yaratdığı cinayətkar şəbəkə hazırda fəlaiyyətini genişləndirib. Onların qanunsuz əməlləri ilə bağlı ölkənin aidiyyatı qurumlarına müraciətlər olunub. Ümid edirik ki, tezliklə sadə vətəndaşların saxta sənədlərlə və qərarlarla hüquqlarını pozanlar qanun qarşısında cavab verəcək.
Mövzuya qayıdacağıq.

Realliq.info


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

21-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ