SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ölkənin bir nömrəli məmur-monopolisti ''vuruldu'' - Kəmaləddin Heydərovun ən yaxın qohumudur

Ölkənin bir nömrəli məmur-monopolisti ''vuruldu'' - Kəmaləddin Heydərovun ən yaxın qohumudur

Tarix:

23-05-2018, 14:31

/ 3 548 dəfə oxundu.
Ölkənin bir nömrəli məmur-monopolisti ''vuruldu'' - Kəmaləddin Heydərovun ən yaxın qohumudur

Dövlət Gömrük Komitəsində (DGK) "dərman mafiyası”na görə vəzifəsindən uzaqlaşdırılan generalı ilə bağlı ilginc faktlar üzə çıxıb. Hazırda istintaqdan kənar gəzən gömrük generalının dərman qaçaqmalçılığından başqa digər qiymətli məhsulların qaçaq yolu ilə ölkəyə gətirilməsinə birbaşa şərait yaradıb.
Yada salaq ki, bu il aprelin 30-da DGK-nın yüksək vəzifəli şəxslərinin də içində olduğu "dərman mafiyası” ifşa olunub. Üç gün sonra, mayın 3-də isə DGK sədrinin müvafiq əmrinə əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev sərəncama götürülüblər. Hazırda isə istintaqda yalnız Fikrət Qədiməliyevin adı əsas fiqurant kimi çəkilir. Sadiq Abduyev isə sanki heç komitədə yüksək post tutmayıb, "dərman mafiyası” ilə əlaqələri də olmayıb. Əslində isə "dərman mafiyası” adlı şəbəkə ilə DGK rəsmilərindən Fikrət Qədiməliyevlə Sadiq Abduyev işləyiblər. "Dərman mafiyası” üçbucağının bir tərəfində Fikrət Qədiməliyev, digərində Sadiq Abduyev dayanıb. Dərmanlar ölkəyə Abduyevin qeyri-rəsmi izni ilə daxil olub, Qədiməliyev isə onları başqa adlar altında rəsmiləşdirilərək ən müxtəlif aptek şəbəkərlərinə dağıdılmasını həyata keçirib.
F.Qədiməliyevin ev dustağı edildiyi bildirilsə də, Sadiq Abduyev hələ də istintaqdan kənar saxlanılır. Bunun da səbəbi məhşur generalla qohum olmasıdır. Criminal.az saytına belə məlumat daxil olub ki, Sadiq Abduyev fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın qohumudur. O, nazirin həyat yoldaşının doğma xalası oğludur.
DTX "dərman mafiyası”na qarşı əməliyyat keçirəndən sonra S.Abduyev istintaqa cəlb olunub, ifadəsi də alınıb. Lakin nazirlə qohumluğu onu istintaqdan xilas edib. Onun əvəzində istintaqa ölkəyə mal buraxmaq səlahiyyəti olmayan əməkdaşlar cəlb olunublar.
Məlum əməliyyatdan sonra Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədov da sərəncama götürülsə də, o da yaxasını istintaqdan kənar tuta bilib. Onun da istintaqdan kənar gəlzməsi K.Heydərova qohumluğu ilə əlaqələndirilir.
S.Abduyevin əməlləri təkcə ''dərman mafiyası''na bağlılığı ilə bitmir. Belə məlumatlar da var ki, S.Abduyev qızıl-briliyant, qiymətli qızıl güllərin gömrükdən qeydiyat aparılmadan qaçaq yolla ölkəyə daxil olmasına şərait yaradıb.
Hazırda Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Fərman Həmzə oğlu Məmmədli, Vasif Teymur oğlu Xıdırov, Cəmil Səlim oğlu Mehtiyev, Ateş Adem oğlu Atanur, Anar Kamran oğlu Məmmədov, həmçinin Əlamət Nazim oğlu Quliyevə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla, barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib. Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyevə mayın 10-da ittiham elan olunub. Buna qədər isə DGK rəhbərliyi onu və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyevi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədovu, başqa bir neçə yüksək vəzifəlini tutduqları vəzifələrdən azad etməklə sərəncama götürüb.
Rəsmi məlumatdan da məlum olduğu kimi, "dərman mafiyası” ilə DGK rəsmiləri qaçaq yolla ölkəyə gətirilən dərman preparatlarına görə 25 faiz haqq alıblar. İlkin istintaqla müəyyən olunub ki, xarici ölkə vətəndaşı Ateş Atanur, Azərbaycan vətəndaşı Anar Məmmədov 2016-cı ildən aprelin 30-dək satış məqsədi ilə dərman vasitələrinin ölkəyə qanunsuz yollarla gətirilməsini müntəzəm təşkil ediblər. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin vəzifəli şəxsləri bu dərmanların yük müşayiət sənədlərini dəyişdirərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Mərkəzi Gömrük Hospitalına çatması nəzərdə tutulan başqa məhsullar adı altında bəyan edilməsini, bu yolla qeyd olunan dərmanların ölkəyə qeydiyyatsız keçirilməsini təşkil etməyə görə əvvəlcədən hər yükün ümumi dəyərinin 25 %-i dəyərində haqq alıblar. Dərmanların ölkəyə qeydiyyatsız idxalını, gömrük nəzarətindən çıxarılaraq birbaşa dərman satışı ilə məşğul olan şəxslərə çatdırılmasını təmin ediblər.

Criminalaz.com

Şərhlər

XƏBƏR LENTİ